Sənsiz elə bilmə öləcəyəm mən, Qara bir kədərə dönəcəyəm mən. Gecələr yuxuna gələcəyəm mən, Sən məni unuda bilməyəcəksən.
Ömründə narahat izim qalacaq, Alovun sönsə də,közün qalacaq, Arxanca həmişə gözüm qalacaq, sən məni unuda bilməyəcəksən.
Sən elə bilmə ki,qəmdən uzaqsan, Ömrünü,gününü uduzacaqsan. Özünü bəlkə də unudacaqsan, Sən məni unuda bilməyəcəksən.
Məni unutmağa inadın kimi, İlk sevgi ağrısı,fəryadın kimi, Lap öz adın kimi,soyadın kimi, Sən məni unuda bilməyəcəksən. |