Nəsimi-Neylərəm
Dilbəra,mən səndən ayrı ömrü canı neylərəm? Tacu-taxtı mülki-malı xanimanı neylərəm?
İsterem vəsli-camalın ta qılan dərdə-dəva, Mən sənin bimarınam,özgə dəvanı neylərəm?
Ey müsəlmanlar,bilin kim,yar ilə xoşdur cahan, Çünki yardan ayu düşdüm,bu cahanı neylərəm?
Çox dualar qılmışam mən xaliqin dərgahına, Çün muradım hasil olmaz,mən duanı neylərəm?
Dilbər aydır,ey NƏSİMİ,sabir ol,qılma fəğan, Mən bu gün səbr eyləsəm,danla fəğanı neylərəm? |