Ayrılıqdan qazandım
Əvvəl tənhalıqdan yaman qorxurdum, İndi tənhalıq yoldaşım olub. Sən məni unudub atandan bəri, Yalnızlıq dostum, sirdaşım olub.
Hər zaman dörd divar sıxıbdır məni, İndi dörd divar həmdəmim olub. Gözlərim həsrətlə qapıya baxır, Çalacaq zəng səsi həmdəmim olub.
Küçəyə baxıram, gözlərim dolur, Axı mənimdə burdan gələnim olub. Məhəbbət bağında güllərim solur, Bir zaman onu da dərənim olub.
Telefon çalmayır gör neçə vaxtdır, Onunda susmayan bir anı olub. Bu necə yazı, bu necə bəxtdir? Bununda bəxtəvər zamanı olub.
Təsəllim göz yaşı olsada mənim, Onunda sevincdən axdığı olub. Qəmlə döyünsə də indi ürəyim, Onunda fərəhdən axdığı olub.
Nifrət
Həyat çox gözəldi yaşamağa dəyər! İnsan insanı görəsən bu qədər sevər? Səni sevəndə bu olub mənim fikrim Sənsən mənim həyatdakı ən böyük itkim Aldatdı məni sənə olan sevgim İndi qan ağlayır bu günahsız qəlbim
İndi çox uzaqdasan mən bunu bilirəm Ürəyə hökm edə bilmirəm yenə səni sevirəm İnan sevdiyim qədər sənə nifrət edirəm Qəlbimin təkanıyla uçuruma gedirəm
Səni xoşbəxt edəcəm deyirdin mənə Yalandan ümid verərmi sevən sevənə Neyniyim mən səni unuda bilmirəm Elə fikirləşməki mən heç də sevilmirəm
Nifrət, sevgi düşməndi bir birinə Ama hakimlik edən ikisidə qəlbimə Təəssüflənirəm bəxtimə mən səni tapdım Şad günü pis günü səninlə yaşadım
Tələsmə əkdiyini biçəcəksən Mənim kimi səndə olum yada həyat seçəcəksən Tələsmə həyatdan elə bezəcəksən Bəlkə elə məhəbbət qədrini onda biləcəksən.
Vəfasız
Vəfasız heç vəfan yoxmudur sənin? Sinənin altında daşmıdır sənin? Gözləri yaşlıdır səni sevənin, Nə olar geriyə dönmə vəfasız.
Onsuzda geriyə dönməyəcəyəm, Əvvəlki tək səni sevməyəcəyəm, Bir də üzünə gülməyəcəyəm, Nə olar geriyə dönmə vəfasız.
Sağalda bilmirdin nə üçün qanatdın? Silə bilmirdinsə nə üçün ağlatdın? Mənə yalnız xatirələr buraxdın, Nə olar geriyə dönmə vəfasız.
Həsrət
Bilməzdim ömrümdən ötən illəri Dönüb həsrət ilə vərəqləyəcəm Bir zaman çiynimə düşən telləri Unudub, özgə tel tumarlayacam
Sanki bir dustağam öz zindanımda Nədən qapıları aça bilmirəm Ömrümdən daha çox sevdiyim qızın Bəs niyə yanına qaça bilmirəm
Bəlkə sevməmişəm heç o gözəli Mən özüm özümü aldadırmışam Bir sual yaranır, sevməmişəmsə Bəs niyə hər gecə mən ağlamışam
Sevmişəm mən onu həyatım qədər Sevgi ayrılığa boyun əyərmi? Bu sevgi gətirdi mənə qəm-kədər Bu qədər əzaba görən dəyərmi?
Elə bil dünyanın sonu da gəlib İçimdə bir ölmək hissi oyanıb Sənsiz bu dünyanın mənasıda yox Elə bil dünyanın özü dayanıb.
Sevdiyini niyə danırsan?
Baharın sonuna daha nə qalır? Qapımı buludlar kölgələr salır. Dinmirsən telefon elə zəng çalır, Axı sevdiyini niyə danırsan?
Ürəyini oxumuşam gözündən, Həsrətini anlamışam sözündən. Cana gəldim səndə olan dözümdən Məni sevdiyini niyə danırsan?
Bilmirəm gözlərin nədən çəkinir, Boylanır üzümə gendən çəkilir. Dilin bircə kəlmə sözdən çəkinir Axı sevdiyini niyə danırsan? |