Avstriyada 24 il öz doğma qızını zirzəmidə saxlayaraq onu zorlayan onu zorlayan manyak Yozef Fritsel üzərində məhkəmə başlayıb.282.Clan.Su saytının məlumatına görə manyak zorlama,insest(yaxın qohumlarla cinsi əlaqə),qızını azadlıqdan məhrum etmə ittihamlarını qəbul edib.Bununla yanaşı o,yeni doğulmuş körpəni öldurmə ittihamlarını rədd edib.73 yaşlı Fritselin məhkəməsi Sankt-Pelten şəhərində keçirilir.Məhkəmə boyunca onun əlindəki qovluqla üzünü örtdüyü məlumdur.Bundan əlavə o,vəkilinə müraciət edərək"çox qorxuram"deyib. |