Elçin Əlibəyli Niyaməddin Musayevi təhqir etdi
Xalq artisti isə aparıcını «küçə adamı» adlandırdı
«El içində» verilişinin aparıcısı Elçin Əlibəyli ötən gün verilişində xalq artisti Niyaməddin Musayevi təhqir edib. Zövqsüz müğənnilərin geyim tərzi ilə bağlı danışan müğənni Arzu Mələk Niyaməddin Musayevin zövqlə geyindiyini bildirib: «O, yaşının bu vaxtında idman stilinə üstünlük verir. Heç kim də Niyaməddin müəllimə irad bildirmir, çünki geyim tərzi ona çox yaraşır». Verilişin aparıcısı Elçin Əlibəyli isə «Arzu xanım, bəs eşitməmisiz, zövqsüz və pis geyinən insanlara «nə gündəsən, Niyaməddin!» deyirlər» şəklində replika atıb. Bu, zalda əyləşənlərin gülüşünə səbəb olub. N.Musayev «Bizim Yol»a açıqlamasında haqqında deyilənləri mənfi hal kimi dəyərləndirdi: «Mən elə-belə adam deyiləm. İstər idman, istər klassik geyimlərimlə hər zaman seçilmişəm. Mahnılarımla musiqimizə yenilik gətirmişəm. Elçinin dedikləri yalnız küçə adamına yaraşır. Bilirsiz, tanınmış adamları bu kimi primitiv vasitələrlə gözdən salmaq istəyirlər. Mən lazım olsa, onları yerində otuzduraram. Elçin Əlibəyliyə zəng elədim, o mənə dedi ki, səhv eləmişəm».//282.clan.su |