İLK ROBOT BALIQ!
1.5 metr uzunluğunda olan robot suda öz-özünə hərəkət etmə qabiliyyətinə malikdir
282: İngilis alimləri dənizlərdəki çirkliliyi təyin etmək məqsədiylə bir robot balıq üzərində çalışırlar. 282.CLaN.Su-nun verdiyi xəbərə görə, layihəyə rəhbərlik edən BMT Group LTD şirkətindən verilən açıqlamaya görə, robot öz-özünə hərəkət edə bilir və 1,5 metr uzunluğa malikdir. Kimyəvi maddələri tanıyan cihazlarla təchiz edilmiş robot balıq, bunun köməyi ilə gəmilərdən sızan yanacaq, suya qarışan kimyəvi maddələr kimi çirkliliyin qaynağını təsbit edə biləcək. İngiltərənin şərqindəki Essex Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan robot balıq uzaqdan idarəetmə sisteminə malikdir. Bundan əlavə robot, naviqasiya sistemi sayəsində, gücünün bitməsinə yaxın, yəni hər 8 saatda bir əlaqə limanına dönə bilir. 20 min funt sterlinqə başa gələn robota artıq İspaniyadan sifariş gəlib. 5 robot balığı sifariş edən İspaniya robotları ölkənin şimalındakı Gijon limanında suya buraxmağı planlaşdırır |