Türkiyədə Eurovision qalmaqalı- KLİP
TRT Hadisənin klipini yayımlamaqdan imtina etdi
"Eurovision"da Türkiyəni təmsil edəcək Hadisənin ifa edəcəyi "Düm Tək" mahnısı çəkdiyi klip qalmaqala səbəb olub. Qaynar.info-nun Türkiyənin "Vətən" qəzetinə istinadən verdiyi xəbərə görə, dövlət kanalı TRT klipi erotik hesab etdiyi üçün yayımlamaqdan imtina edib. Mətin Arolatın rejissorluğu ilə çəkilişləri 3 həftə əvvəl tamamlanan klipdə Hadisə mini şort, çimərlik geyimi və uzun yarıqları olan paltarlarla kamera qarşısına keçib. Ancaq TRT yönəticiləri Hadisənin həm geyimində, həm də hərəktələrində seksual elementlər olduğunu iddia edərək, klipi efirə verməyib. TRT klipin yenidən montaj edilməsini istəsə də, Hadisənin komandası bununla razılaşmayıb. Buna görə də, TRT-nin imtinasından dərhal sonr maraqla gözlənilən klip internetə yerləşdirilib və dərhal da izləmə rekordu qırıb. Qeyd edək ki, Hadisə hələ 3 ay əvvəl verdiyi müsahibələrin birində TRT-nin musiqi redaksiyasının rəhbəri Ümran Xanımla görüşdüyünü və mövzunu müzakirə etdiyini demişdi. O zaman Ümran xanım: "Heç umurumuzda deyil, özünü necə yaxşı hiss edirsənsə, elə geyin. Bizim tərəfimizdən problem olmayacaq" söyləmişdi. İndi isə TRT-nin qəfildən və son anda belə bir qərar verməsi şok effekti yaradıb.
________________________________________________
|