BRİTANİYADA NUO HAQDA MƏXFİ MƏLUMATLAR
Britaniyanın Müdafiə Nazirliyi uçan naməlum obyektlərə (UNO) dair yeni məxfi məlumatları açıqlayıb. Bu məlumatlardan birinə görə, 1989-cu ildə Suffolk qraflığındakı aviabazaya zəng edən qadın onunla özünü yadplanetli adlandıran naməlum varlığın ünsiyyətə girdiyini xəbər verib. Qadın deyib ki, əvvəlcə o, narıncı və ağ işıq saçan nəhəng kürəşəkilli uçan obyekt müşahidə edib. Bundan üç il sonra Hitrou aeroportunun dispetçeri üçbucaq formasında nəhəng uçan obyekt müşahidə etdiyini xəbər verib.
1990-cı ildə isə Britaniya Hərbi Hava Qüvvələrinin 6 “Tornado” qırıcısının ekipajı nəhəng UNO gördükləri haqda bazaya raport veriblər. Həmin obyekt qırıcıları Almaniya səması üzərində keçib.
1980-ci illərdən başlayaraq Britaniya HHQ-nin pilotları rastlaşdıqları UNO-lara atəş açmağa başlayıblar. Ancaq heç bir halda naməlum obyektləri vurmaq mümkün olmayıb. Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, UNO-lara dair məlumatların çoxuna bu günədək izah vermək mümkün olmur |