1. Pele 17 yaşında ikən Braziliyanın yığma komandasına daxil edilmiş və bir ildən sonra həmin komandanın heyətində dünya çempionu olmuşdur.
2. 106 yaşlı hindli yoq Satya Murti 7 gün susuz,yeməksiz və havasız qalıb. Aprelin 15-də Bombey şəhərində çimərlikdə xeyli adamın qarşısında onu torpağa basdırmışlar və 7 gündən sonra onu torpaqdan çıxartmışlar. Həkimlər yoqu müayinə edib yoqun tamamilə sağlam olduğunu bildirmişlər. O,cəmi 2 qram ariqlamışdır.
3. 33 yaşlı Con Fairfaks və 31 yaşlı qadın Silviya Koks Sanfiransiskodan Sakit okeana qayıqla səfərə çıxıdıqdan təqribən bir il sonra Avstraliya sahillərinə sağ salamat çatmış və 12 min kilometr məsafə qət etmişlər. Onlar gündə 15 saat avar çəkərək bütün yol boyu müxtəlif konservlər,qurudulmuş tərəvəzlər meyvə və həmçinin dəniz məhsulları ilə qidalanmışdırlar.
4. İngilis meri Çarpman doğulan zaman çəkisi 283 qram olmuşdur.
5. 1961-ci ildə dünyaya gələn bir türk çağasının çəkisi 11 kq-a çatmışdır.
6. Dövrün ən qoca zahısı kimi italiyalı Rossana Dello Korte qeydə alınmışdır. Onun 63 yaşında dünyaya gəldiyi körpəsinin çəkisi 3 kq-dan artıq olmuş və körpə tam sağlam doğulmuşdur.
7. İngilis mənşəli qadın Jaklin Xoddok özünə məxsus rekord vurmuşdur. O öz qızını bətnində 13 aydan çox gəzdirmişdir.
8. Havana sakini Momoi Nunyos 40 il yuxusuz qalmışdır. O, 12 yaşında ikən dünya alimlərinin aciz olduğu və təəccübləndirən bir xəstəlik üzündən onun boğazında boğaz vəzilərində cərrahiyyə əməliyyatı aparmışdılar. O vaxtdan o yatmasa da normal işləyir və heç bir yorğunluq hiss etmir.
9. Ümumiyyətlə tarixə bəlli olan ən uzun ömür sürən adam Li Çun Yun olmuşdur. O 252 il yaşamış 14 dəfə evlənmişdir.
10. Azərbaycanın Lerik rayonundan olan Mahmud Eyvazov 153 il, Şirəli Müslümov isə 167 il ömür sürərək dünya rekorduna əvəz edilməz imza atıblar.
11. Leninqrad universitetinin professoru N.V.Yuşmanov 200 dil bilirdi.
12. Dünyanın yeddi möcüzəsi. Misir Ehramları,Babilistanın asma bağları,Efestdəki Artemida məbədi,Olimpiya şəhərindəki Zevsin heykəli,Qalikarnasdakı mavzoley,Rodas adasindakı kolos və İsgəndəriyyə mayakı.
13. İndiyədək ən hündür boylu insan 2 metr 83 santimetr,ən qısa boylu isə 42 santimetr olmuşdur.
14. Ən uzun burun adam ingilis Tomas Vedder olmuşdur. “Möcüzəli burun” adlanan bu adamın burnu 19 sm olmuşdur.
15. ABŞ-da bir kişi öz bığlarını 36 il qırxmamışdır! Bu müddət ərzində onun bığları 3,5 metr uzanmışdır.
16. Ən uzun saç hörüklərinin sahibi XİX əsrdə İngiltərədə yaşamış Ovens adlı bir qadın idi. Onun hörüklərinin uzunluğu 2,5 metr olmuşdur.
|