Qırmızı qızılgül – ehtiraslı məhəbbətə dəlalət edir; Çəhrayı qızılgül – saf məhəbbət və dostluq mənasında; Ağ qızılgül – təmiz məhəbbəti və qadının saf ürəyini təcəssüm etdirir.
1 qızılgül - tənha ürək; 2 qızılgül - mən və sən; 3 qızılgül - mən səni sevirəm; 4 və 7 qızılgül - hədiyyə edilmir; 5 qızılgül - xoşbəxtlik, uğur və müvəffəqiyyət; 10 qızılgül - sevdiyin qadına məftunluq; 11 qızılgül - əsasən, ər-arvad bir-birlərinə hədiyyə edir; 12 qızılgül - əlamətdar hadisələrdə verilir; 16 qızılgül - xoşbəxtlik arzusu ilə dost və ya yaxın qohumlara hədiyyə olunur; 19 qızılgül - toyda həyat yoldaşına əbədilik əlaməti olaraq verilir; 21 qızılgül - ən sevdiyin insana verilir; 25 qızılgül - məhəbbəti etiraf edərkən təqdim olunur; 27 qızılgül – mən həyat yoldaşımı sevirəm; 29 qızılgül - əbədi sevgim; 36 qızılgül – qoy, hər günün sevincli olsun; 101 qızılgül – sən mənim bir dənəmsən... |