İTV Aygünlə Röyaya qadağa qoyub
Yerli şou-biznesin iki ən populyar nümayəndəsinə İctimai Televiziyada qadağa qoyulub! Bu barədə xəbəri İTV-dəki etibarlı mənbə verib.
Məlum olub ki, xalq artisti Aygün Kazımova və müğənni Röya xeyli vaxtdır İTV-də həm göstərilmir, həm də mahnıları ictimai radioda səsləndirilmir. Səbəb isə adı çəkilən müğənnilərin İTV-yə dəvət olunmalarına baxmayaraq, getməmələridir. Əməkdaşımız ortaq problemli hər iki müğənni ilə əlaqə saxlamaq istəyib. Aygün Kazımovanın köməkçisi Ülvi Hadıyev məsələdən xəbərsiz olduqlarını deyib. Ülvinin sözlərinə görə, bu barədə ilk dəfə Show.az-dan eşidib. Röyanın prodüseri Kənan isə xəbəri eşidəndə təəccüblənib. Kənan da İTV ilə əlaqəsinin olmadığını və buna görə də Röyanın həmin məsələdən xəbərsiz olduğunu bildirib . |