Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
13:25
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 18
Qonaqlar 18
İstifadəçilər 0

  

19:07
Kişilərdən üzr istəməyin ən asan yolları


Kişilərdən üzr istəməyin ən asan yolları
Elə bir hadisə baş verib ki, sən həqiqətən də sevdiyin insanın xətrinə dəymisən. Bağışlanılmaq üçün isə düzgün və vaxtında üzr istəmək lazımdır.
üzrxahlıq
Yaxın rəfiqənlə dalaşdığın zaman üzr istəmək üçün sözləri fikirləşmirsən. Cümlələr özü alınır və nəticədə kiçik narazılıq aradan qalxır. Sevdiyin insanla isə hər şey bir qədər fərqlidir. Sözünüz düz gəlmədi, əsəbiləşib özündən çıxdın və həmin vaxtda lazım olmayan bir neçə söz də dedin. İndi artıq sakitləşmisən və dərk edirsən ki, münasibəti qaydaya salmalısan. Lakin, təəssüf ki, ağlına lazımi sözlər gəlmir.

Söhbəti nədən başlamalı. Qarşı tərəfin səni dinləməsi vacibdir.
1-ci addım
Optimistik yanaşma
Bəzi insanlar üçün üzr istəmək çox çətindir. Məhz buna görə də onlar 'günahsız' obrazına girməyi üstün tuturlar. 'Məgər nəsə olub? Bu söhbət çoxdan bağlanıb.' sözləri ilə vəziyyətdən çıxış yolu axtarırlar.
Universitetdə sevgilini gördüyün zaman, yüksək əhvalla salam verib ' bu gün əla görünürsən. Yaman acmışam, bəlkə birlikdə yemək yeyək' sözləri onun ürəyini yumşaldacaq. Daha sonra isə heç nə olmamış kimi söhbətə davam edə bilərsən.
Lakin bu metod hər zaman əlverişli deyil. çünki ciddi vəziyyətlərdə problem həll olunmamış qalır. Bu inciklik onun qəlbində qalacaq və müəyyən məqamlarda bu inciklik üzə çıxa bilər. Bu zaman xoşagəlməz sözlər də eşidə bilərsən. Bu cür sürprizlərlə qarşılaşmaq istəyirsən? Unutma ki, problemi araşdırmadan sən daha çox qarşı tərəfin hisslərinə hörmətsizlik edirsən. Hətta sevdiyin kişi qürurunu sındırmayıb heç nə olmamış kimi rəftar etsə belə. Vaxt tapıb 'mən çox narahat idim, xahiş edirəm səni incitdimsə, məni bağışla, heç də xətrinə dəymək istəmirdim' sözlərini demək sənin üçün sığortadır.
2-ci addım
Gənclər arasında sms və elektron məktub daha çox dəbdədir. Belə demək lap yerinə düşər ki, bu cür anlarda o metodlardan istədiyin qədər faydalana bilərsən.
Məktub yazdığın zaman kiminsə gözlərinə baxma və ya utanma kimi hisslərdən tam azadsan, sözünü heç kim kəsmir və istənilən sözü yazmaqda tam azadsan. Məktubu yazdın, 'enter' düyməsini basdın , artıq qarşı tərəfdən cavab gözləyirsən.
Cavab gəlməsə?...
Narahatlığa indi səbəb var. Bəlkə cavab yazmağa vaxt olmayıb? Bəlkə də, yazdığın sözlər ona inandırıcı gəlməyib. O zaman sonuncu addıma müraciət etməli olacaqsan.
3-cü addım.
Bu addım son dərəcə sadədir. özündə güc topla, ona yaxınlaş ( və ya zəng et). Əmin ola bilərsən ki, hər bir ağıllı insan ( hətta uşaqlar belə) üzr istəməyin elə də asan olmadığını yaxşı bilir. özündə güc tapıb ilk addım atmağın isə artıq sənin xeyirinə danışır.
Hündürdən danışıb, süni cümlələrdən uzaq ol. Başa sal ki, onun hisslərinə toxunmaq istəməmisən. Müxtəlif fikirlərdə olsanız belə, ortaq məxrəcə gəlməyi bacarın. Hərənin öz fikrində qalması da yaxşı münasibətə əngəl olmamalıdır.
Əgər sənin hərəkətin xoşagəlməz nəticələrə gətirib çıxarıbsa, vəziyyəti düzəltmək üçün düzgün yol fikirləş. Bəlkə sözlərdənsə artıq hərəkət etmək vaxtıdır.
üzrxahlıq qəbul olundu. Lakin hiss edirsən ki, inciklik tam keçməyib. Sənə qarşı inam itib. Göstərmək lazımdır ki, sən həqiqətən münasibətin düzəlməsini istəyirsən. Bir müddət çox diqqətli və dəqiq ol, hər zaman ona dəstək olmağa çalış. Unutma, əgər sevginiz qarşılıqlıdırsa bütün problemlərin öhdəsindən gələcəksiniz
.

Категория: Sevgi | Просмотров: 940 | Добавил: fatinka | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
Məhəmmədəli yazdıki >> 1-24 1-24 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.7.89
Tarix: 05.06.2011 ,17:39.

0  
 
rihanna yazdıki >> tesekkurler amma uzr istemeye hec isteyim yoxdu 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.156.20
Tarix: 18.04.2009 ,14:41.

0  
 
Anonim yazdıki >> hirs thanksyou 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.156.76
Tarix: 04.04.2009 ,13:53.

0  
 
Eti yazdıki >> thanksyou yerivar 
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:82.118.156.154
Tarix: 03.04.2009 ,22:56.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024