Sevgi hissinə tutuldunsa sən,
Hər zaman, hər şeyə sən dözəcəksən.
Sevdiyin insan səhv etsə belə
Heç bir səhvini görməyəcəksən.
Dediyin hər sözdə ,hərəkətində
Hər gün bir gözəllik kəşf edəcəksəm.
Sevdiyin insanı xəzinə kimi
Ən gözəl tapıntı hiss edəcəksən.
Bir zərər, bir ziyan dəyməsin deyə
Onu qorumağa cəhd edəcəksən
Ona bir qarışqa toxunsa belə
Gözündə bir filə döndərəcəksən
Səni acılayıb incitsə belə
Şirin bir xatirə zənn edəcəksən
Sevgiylə qurulan yeni dünyanda
Yenidən doğulub böyüyəcəksən
Onunçün dünyaya göz açdığını
Bir anlıq beynində zənn edəcəksən...
N.Aslan |