SƏNİ UNUTSAM Mən səni unuda bilmirəm, axı unutsam nələri unudam gərək göylərə baxmışıq aylı gecədə unutsam göyləri unudam gərək!
Dənizi unudum, ya dalğaları xatirən yadımdan çıxaydı barı payızda xəzanı, qışdasa qarı baharda gülləri unudam gərək!
De necə unudum mən səni necə? sevgi durna dəyil payızda köçə yuxuma gəlirsən mənim hər gecə ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan adındır hər saat qarşıma çıxan qarışıb şəklinə gözümdən axan yağışı, selləri unudam gərək!
Sinəmdə pəşiman ürəyim qaldı uçdun əllərimdə lələyim qaldı nələri itirib, bax nəyim qaldı nələri, nələri unudam gərək! |