Əsla dəyişdirə bilməyəcəyin şeylər üçün kədərlənmə... Dəyişdirə biləcəyin amma istədiyin halda dəyişdirə bilmədiyin şeylər üçün ağla... Əsla “bir daha sevməyəcəyəm” demə... Yanılarsan... Əsla sevgini axtarma çünki sən axtardıqca o gizlənir qapı arxasında… Sevgi, səni özü istədiyi zaman tapar... Zamanı vardır... Eynilə baharı ,qışda axtarsansa tapa bilməyəcəyin kimi... Ya da tapsanda əsla onun gerçək bir bahar olmadığını qəbul etmək məcburiyyətində olacağın kimi... O tapdığın yalnız bir aldanmışlıqdır... Aldansan, eynilə qış ortasında çiçək açan ərik ağaclarına dönərsən... Qışda sevincdən çiçək açarsan... Qış gerçək üzünü nümayiş etdirəndə donarsan, anlarsan ki yaşadığın bahar qış ortasında yaşanan yalançı bir baharmış... Ərik ağacı kimi donarsan o zaman və o yaz boşa keçər... Meyvəsiz, kimsəsiz... Sevgi axtarılmaz... Sevgi istədimi səni tapar. Heç ümid etmədiyin bir anda arxanda meydana çıxan bir dost olar bu bəzən... Avtobus dayanacağında böyründə duran hiss etdiyin bir nəfəs alar aparar səni sevgiyə... Bir təsadüf sənə sevgini daşıyar... Sən sevgini axtarmamalısan... Eynilə geciksə də gələn və gələcəyindən əmin olduğun bahar kimi... Sevgini itirərkən də cəsur olmalısan... Ürəyin dolu olmalı səbir və güclə... Hər itirilən qazanılan bir dərsdir onsuz da... Sevgi çox şey öyrədər sevərkən və itirərkən... Sevgini itirərkən əslində onu heç itirmək istəmədiyini öyrənərsən... Sevgini itirərkən, onu itirmənin, tapmaq qədər asan olmadığını amma ağrısına dözmənin böyük güc istədiyini öyrənərsən... Sahibkən sevgiyə həmişə yanında olacaqmış kimi onu xərcləmisən... İtirdiyində isə hər an yanında olacagına inanmaqla nə böyük səhv etdiyini anlarsan Həm sevərkən, həm itirərkən çox şey öyrəndin... Bir əvvəlki sevgi öyrətmişdir bunu sənə... Hər itkin bir dərsdir alman lazım olan... Çünki heç bir sevgi tək başına var ola bilməz... Ayrıla bilməz daha əvvəlkilərdən.