Əsla əmin olmadığınız halda kimsəyə 'Səni sevirəm' deməyin !
Bu gün sizdən bir şey istəyəcəyəm.Əsla əmin olmadığınız halda kimsəyə 'Səni sevirəm' deməyin .İndiki dövrdə bu cümlə həddindən çox deyilir.Ancaq hisslər bunu söyləmir.Sadəcə xoş getsin deyə deyilir...İstifadə etməyin artıq bu cümləni. Başqa bir şey dəyin bir-birinizə onun yerinə. Duyğularınıza daha uyğun bir şey... Mənim ağılıma gəlmir amma siz taparsınız. Nə də olsa o sizin duyğularınızdır...
''Səni sevirəm'' ''Özünə yaxşı bax'' kimi bir söz deyil. Söz olsun deyə deyilən...
Birinə ''Səni sevirəm'' dediyinizdə onun üçün ölümü gözə almalısınız
Birinə ''Səni sevirəm'' dediyinizdə bu hisslər daimi olmalıdır
Birinə ''Səni sevirəm'' dediyinizdə, o insan həyatinizda ən əhəmiyyətli olmalıdır
Birinə ''Səni sevirəm'' dediyinizdə, bir saat az yatmağı gözə ala biləcəksiniz! onu daha çox görmək üçün..
Birinə ''Səni sevirəm'' dediyinizdə, əlini tutmaq da əhəmiyyətli olacaq başqa şeylər qədər. ..
Birinə ''Səni sevirəm'' dediyinizdə, ''Sevgilimsən'' də demiş olduğunuzu biləcəksiniz...
Əbəs yerə deyilmiyib ki,hər kəsə əsl sevgi qismət olmur.Hər kəs ürəkdən sevə bilmir çox vaxt hisslərini qarişdırır ,bax elə ona görədə 'Səni sevirəm' cümləsi ucuzlaşib ,dəyərini itirib!