Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
13:25
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
100000 $ -ın olsa nə edərsən ?
[ Netice · Diger ]
Cavablar: 136

Мини-чат

Статистика

Saytda Olanlar 29
Qonaqlar 29
İstifadəçilər 0

  

19:18
Celik:Turkiyede meni olumle hedelediler


Çelik: "
Türkiyədə məni ölümlə hədələyirlər"
ÇELİK:HADİSƏLƏRİN UNUDULMASI ÜÇÜN SERAY SEVERDƏN İSTİFADƏ ETDİM
ÇELİK AZƏRBAYCAN VƏTƏNDAŞI OLMAQ ÜÇÜN ƏLAQƏDAR QURUMLARA MÜRACİƏT EDİB
XEYLİ müddətdir ki, Bakıda yaşayan türk müğənnisi Çelik Azərbaycan vətəndaşı olmaq üçün əlaqədar qurumlara müraciət edib. "Ergenekon"da adının hallanması ilə bağlı bir çox problem yaşayan, hazırda da həmvətənləri tərəfindən suçlanan Çelik bu barədə Türkiyənin "Hürriyyət" qəzetinə verdiyi müsahibədə deyib.
- "Ergenekon"da İhsan bəy öldürüldüyü zaman həyat yoldaşım Buket 7 aylıq hamilə idi. İhsan Güvənin öldürülməsi ilə əlaqədar olaraq bizi tez-tez hədələyirdilər. Bu arada mənə bir proqramda çıxış etmək təklifi gəldi. Veriliş olduqca iyrənc idi, amma adımın istəmədiyim məsələlərdə hallanmaması üçün bunu qəbul etdim. Veriliş türk aparıcısı Seray Severin idi. O, bu arada albom çıxarmaq istəyirdi. Amma məlum hadisə ilə əlaqədar olaraq ona dedim ki, sənə albom çıxarmaqda kömək edəcəm. Bu ərəfədə bizim birlikdə olmağımızla bağlı mediada xəbərlər gəzib-dolaşdı. Bu şayiənin çıxmasında Serayın rolu vardı. Lakin buna baxmayaraq, ona bir söz demədim, haqqımda yayılan "Ergenekon" məsələsinin səngiməsi üçün onun məndən bu cür istifadə etməsinə icazə verdim. Düşünürəm ki, onunla adımın hallanması ailəmin təhlükəsizliyinin qorunmasına şərait yaratdı. Lakin bu söz-söhbətlər Buketlə mənim aramda böyük narazılıq yaratdı. Məsələ ilə bağlı Seray onu proqrama çağırdı. Həmin anda Seray ona yalan danışdı. Bildirdi ki, biz Çeliklə evlənmək niyyətindəyik, hətta uşağımız da olacaq. Mən isə Buketə zəng edib baş verənlərə aydınlıq gətirmək istəsəm də, o, "sənə nifrət edirəm" deyib, dəstəyi asdı. Bu sözlər məni çox incitdi. Çünki mənim Buketlə barışmaq firkim var. Bundan sonra susmayacam, Çünki artıq Serayın söylədiyi şayiələrə tab gətirə bilmirəm. Bu dəfə heç bir şeyə baxmadan onu əzib keçəcəm.
- Siz uzun zamandır ölümlə hədələnirsiniz. Bu, nəinki sizə, deyəsən, ailənizə də çox əziyyətlər yaşadıb.
- O ərəfədə Buketdən çox narahat idim, çünki mənə sual verdi ki, bizim sonumuz nə olacaq? Səni də öldürəcəklərmi? Sənə bir şey olsa, mən nə edəcəm? Xəbərləri isə güzlətmək mümkün deyildi. Bütün qəzetlər bu barədə yazırdı, ona görə də hadisələrdən xəbəri vardı. Sonra bizi hədələyirdilər, izləyirdilər. Hətta evi də araşdırırdılar. Elə günlər olurdu ki, sabaha qədər yata bilmirdim, nə edəcəyimi düşünürdüm. Ona görə də təhlükəsizliyimi təmin etmək üçün üzərimdə odlu silah gəzdirirdim. Evdə yaşanan bu narahatçılıq Buketin səhhətində problem yaradırdı. Ona görə də uşağın sağlam olması və böyüməsi üçün ondan boşandım. Hətta bu hadisələrin unudulması üçün Seray Severdən istifadə etmək qərarına gəldim.
- "Ergenekon" soruşturmasında İhsan Güvən və Necip Hablemitoğlu öldürüldüyünə görə bütün gözlər sizə dikildi. Hətta hədələndiyiniz üçün Azərbaycanı seçdiyiniz də söylənilir.
- Əslində "Ergenekon" iftira kampaniyasıdır. Belə bir təşkilat olduğuna inanmıram. Kaş bu ölkədə doğrudan da bir "Ergenekon" olaydı. O zaman düşünmədən qatılardım.
- Bəs bundan sonra nə etməyi düşünürsünüz?
- Mütləq siyasətə atılacağam və dövlət içərisində etibar qazanacam. Çünki ölkənin mənim kimilərinə ehtiyacı var. Bu fikirləri kitab yazan, dostları öldürülən, təhdid altında yaşayan, öldürülmədiyi üçün günahkar sayılan biri olaraq deyirəm. 2002-ci ildən bəri susuram, quş qədər savadı olmayan insanlarla üz-üzə gəldim. İnternet saytlarında məni faşist adlandırdılar, PKK ya gizli pul dəstəkçisi olduğumu yazanlar, ateist olduğumu deyənlər oldu. Amma mən susdum. İhsan bəyin xatirinə Ayşe Ersoy ilə bağlı heç bir söz söyləmədim. Bunun müqabilində mənə "niyə ölmədin" deyə sual verirlər, "Sizə bu ölkədə yer yoxdur" deyirlər.
- Siz onsuz da Azərbaycanda yaşayırsınız, elə deyilmi?
- Bəli, çünki bu günə qədər məni hədələyirlər. Türkiyədə yaşamaq mənim üçün çətindir. Oğlumdan, sevdiyim qadından ayrıldım. İndi də ölmədiyim üçün məni günahlandırırlar. Bundan da böyük bir problem ola bilərmi? Ona görə də Azərbaycan Respublikasının vətəndaşı olmaq üçün əlaqədar qurumlara müraciət etmişəm
.
Категория: Show Biznes | Просмотров: 833 | Добавил: fatinka | Рейтинг: 0.0/0
Всего комментариев: 1
0  
 
rihanna yazdıki >> eceb eliyibler onnan da beter olsun zehlem gedir celikden 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.138
Tarix: 06.05.2009 ,15:43.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024