Hadisə "Eurovision"a klipsiz gedir
Türkiyəni “Eurovision-2009” mahnı yarışmasında təmsil etməyə hazırlaşan müğənni Hadisə TRT kanalının qərarına sitəm edib. Müğənni klipdə qısa geyinməsinin erotik sayılmamalı olduğunu bildirib. “Bu klip üzərində 43 saatlıq əməyimiz var”, - deyən Hadisə əlavə edib ki, yarışmaya klipsiz qatılmaq məcburiyyətindədir. O, sözügedən klipin “Eurovision-2009” yarışmasından sonra yayımlanacağını qeyd edib.
Qeyd edək ki, Hadisənin bir müddət öncə çəkilişləri tamamlanan klipini hədsiz erotik hesab edən TRT onu yayımlamaqdan imtina etmişdi. Bununla belə klip internetə yerləşdirilmiş və izləmə rekordu vurmuşdu. |