Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
13:25
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
İnternetdən hansı məqsədlə istifadə edirsən ?
[ Netice · Diger ]
Cavablar: 104

Мини-чат

Статистика

Saytda Olanlar 29
Qonaqlar 29
İstifadəçilər 0

  

10:42
Dində məcburiyyət yoxdur
 
Bu gün dünyamızda dinin məcbur edənlərin zülmü ilə yanaşı Allahın bəyanını dəyişdirib və ya mənasını azaldıb öz şəxsi düşüncələrini islamın əmri kimi göstərənlərin zülmü də vardır.Dinini bilməyən bu zalimlər alim donuna girib öz arzularına uygun olaraq Quran ayələrini təfsir edir,dinimizdən başqa bir din yaratmağa çalışırlar.Öz savadsız ifadələrini xalqımıza məcbur qəbul etdirmək istəyənlərin bu yolda son cəhdi islamın “Dində məcburiyyət yoxdur” hökmünə yönəlmişdir. Allahın bu əmrini din olraq ancaq islama aid edən belə uğursuz dinşünaslar müsəlmanlara islamın əmrlərini arzuladıqları kimi yanaşmağı da tövsiyə edirlər. “Dində məcburiyyət yoxdur” hökmünü doğru anlamaq üçün izahları ən əvvəl ondan başlayaq ki, Allah Təala dinini təblig etmək üçün yer üzündə peyğəmbərlər seçmişdir.Qurani Kərimin ayəsi bunu belə bəyan edir:”Peyğəmbərlərin üzərinə düşən vəzifə isə ancaq(Allahın əmrlərinin) təbliğ etməkdir...”(Maidə 99) Dini qəbul etdirmək isə Allahın öz öhdəsindədir:“Şübhəsiz ki,sən( Ya Peyqəmbər) istədiyini doğru yola yönəldə bilməzsən.Amma Allah dilədiyini doğru yola salar.Doğru yolda olacaq kəsləri daha yaxşı O(Allah) bilir”(Qasas 56) Ayələrdən aydındır ki,dində məcburiyyət qanunu yoxdur,Allah dini yer üzünə zor ilə deyil könül razılığı ilə seçmək üçün göndərmişdir. İnsanın iman yolunda ən böyük yardımçıları məhz peyqəmbərlərdir.Allah Peyqəmbərlərinə dinin məcburiyyətini deyil,təbliğini və təklifini əmr etmişdir.Məcburiyyətin olduğu yerdə dinlərin kökü olan iman dildə yaranır.İmanın ancaq qəlblərdəki təsdiqi insanı həqiqi dindar edə bilər.Demək insan ağıl və iradəsi ilə iman etməlidir.İman və iradə insanı bütün canlılardan fərqləndirən və güclü edən bir ilahi nemətdir.Bu nemətlərin şükrünü anlamayanı zor ilə dildə imana gətirmək onun özünə faydası olmadığı kimi düşünən dünya üçün də bir bəladır.Dinin insanoğlu tərəfindən öz arzusu və düşüncəsi ilə məcburiyyətsiz secmək hökmü Qurani Kərimdə belə bəyan olunur:“Dində məcburiyyət yoxdur.Artıq doğru əyridən açıq- aydın fərqlənir.Hər kəs tağutu(saxta tanrılar) inkar edib Allaha iman gətirərsə o artıq möhkəm bir ipdən yapışmış olur.Allah eşidən və biləndir”(Bəqara 256)Ayədə Allah əmr edir ki,dini seçmə yolunda məcburiyyət yoxdur.Yəni heç kim digərinə dinini gəyişməyə və ya dini qəbul etdirməyə məcbur edə bilməz.İslam dini ilə gələn bu əmrdə Allah kafirliyi seçən insana belə məcburiyyətin tədbiqini qadağan edir.Dinin məcburiyyəti olan yerdə dinin əmrlərin əsası olan ixlasdan söz edilə bilməz.Islamın bu hökmünə müsəlmanlar bütün tarixləri boyunca riayət etmişlər.Fəthlər islam dövlətinin sərhədlərini genişləndirərək onu güclü bir dövlətə çevirirdi.Lakin heç bir ölkədə zor ilə islam dininin qəbul edilməsinə yol verilməmişdi. Hər kəsə islamın hökmlərinə görə dinindən və mənsubiyyətindən asılı olmayaraq sərbəst yaşamaq haqqı verilir. İslam dövlətinin ərazisində yaşayan qeyri müsəlmanlar vergi vermək şərti ilə dinini dəyişmədən yaşamaq imkanına sahibdirlər. Yuxarıdaki ayənin ikinci ifadəsində Allah Təala artıq haq ilə batil, şər ilə xeyir ayrıldığını bəyan edir.Yəni peyqəmbərlər elm və əmələ aid dəlillər ilə gəlmişlər.İslamın bu hökmünə görə dinin insanlara verə biləcək bütün nemətləri aydınlaşdırılmışdır.Məcburiyyət üçün heç bir səbəb yoxdur,çünkü imanın mükafatı,küfrün cəzası da artıq təyin edilmişdir.Əksinə olaraq dini məcburiyyətdən qorumaq üçün Allah yer üzündə bir çox səbəblər yaratmışdır. Bu səbəblər ilə inam edən insan Quranın ifadəsinə görə yaradılmış tanrılardan qoparaq möhkəm,qopmayan bir ipdən yapışmış olur.Lakin bu iman ancaq sözdə və qəlbdə qalmamalıdır,əməllərlə birləşməlidir.Çünkü,Allah hər şeyi eşiden və biləndir.O həm sözləri eşidir, həm də qəlbin niyyətlərini bilir.Ağıl və iradəsi ilə müsəlman olanlara gəldikdə isə "dində məcburiyyət yoxdur" hökmünə görə onlar sərbəst isdədikləri kimi yaşaya bilməzlər.İslamın əmr etdiyi və qanun halına saldığı bir cox şeylərə riayət etməlidir.Çünkü islam müsəlman olana özünə məxsus yaşamaq tərzini də əmr edir.Sərbəst səkildə heç bir məcburiyyətə məruz qalmadan müsəlman olan şəxslər bu dinin əmrlərini də yaşamalıdır.Çünkü islam ancaq sərbəst könüllü olaraq qazanılan bir müsəlman adından ibarət deyildir.İslam Allaha bir təslimiyyətdir ki,bu isə istər ibadət istərsə də əxlaq ­qayda -qanunları haqqında olan əmrlədir.Əlbətdəki bu əmrlərdən olan namaz,oruc,zəkat,və s. yerinə yetirilməsində məcburiyyət, güc tədbiq edilə bilməz.Lakin unutmamaq lazımdır ki,bu əmrlərin yerinə yetirilməməsinin mənəvi,maddi və fiziki cəzaları haqqında Qurani Kərimdə bəyanlar vardır.
Категория: İSlam | Просмотров: 928 | Добавил: Ismayil_666 | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
rihanna yazdıki >> muellife tesekkurler 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.156.226
Tarix: 05.05.2009 ,13:55.

0  
 
fatinka yazdıki >> coxsagolun cooox maraqlidir
eziyyete heormet
 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.137.46
Tarix: 21.04.2009 ,16:28.

0  
 
Eti yazdıki >>
TşK-Lər
 
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:82.118.156.254
Tarix: 12.04.2009 ,22:14.

0  
 
Resad yazdıki >> ay da sennen adam olan deyil... e ogurrug eleme dememishem? 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.64.178
Tarix: 12.04.2009 ,19:06.

0  
 
Anonim yazdıki >> coxsagolun cooox maraqlidir thanksyou yerivar thanksyou 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.176
Tarix: 12.04.2009 ,14:35.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024