Erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgəri Rafiq Həsənov ailəsinə məktub yazıb
Rafiq Həsnov məktubda vəziyyətinin yaxşı olduğunu və daima ailəsini fikirləşdiyini yazıb
Artıq 7 aydan çoxdur ki, erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənov ailəsinə növbəti dəfə məktub yazıb. Əsirin atası Rəhman Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, oğlunun məktubunu onlara bu gün Qızıl Xaç Komitəsinin nümayəndələri gətiriblər. O, məktubun martın 10-da oğluna yazdığı məktuba cavab olduğunu bildirib. Rus dilində yazılmış məktubda Rafiq Həsənov ailəsinə və xüsusilə 120 yaşlı babası Heydər Mehdi oğlu Həsənova salam göndərib və vəziyyətinin yaxşı olduğunu, daima ailəsini fikirləşdiyini yazıb.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov ötən il 8 oktyabrda Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb./ANSPRESS |