Boyu 1 metr 30 santimetr, 33 kiloqram ağırlığında. Yapon elm adamlarının hazırladığı son hümonoid yəni insanı robot, bir dəfə daha texnologiyanın nə dərəcə irəlidə olduğunu sübut edir.
Bu insansı robot eynilə bir insan kimi hərəkət edə bilir. Gedir, danışmağı öyrənir, kürsünün kənarında oturarkən qıçlarını yelləyir. İnsandan fərqi isə öyrənmə tutumunun sərhədsiz olması.
Saçları olmayan, tamamilə keçəl olan bu robot uşağın ən diqqətə çarpan və bir az da tüklər ürpərdici xüsusiyyəti eynilə bir insan kimi nəfəs alır. Robotun çiyinlərinin nəfəs alıb vermə hərəkətləri təqlid etməsi, cansız olmasına baxmayaraq ona canlı ifadəsi qazandırır.
Biyometrik Bədənli Uşaq CB2 adlı bu hümonoidi 2007-ci ildə inkişaf etdirən Yaponlar, onun 7 yaşındakı bir uşaq kimi sürətlə öyrəndiyini söyləyir. İnsanların üz mimikalarından ruh hallarını da anlaya bilir. Özünə toxunulduğunda müsbət ya da mənfi reaksiya verir.
Robotun dərisinin altında irəli dərəcədə inkişaf etdirilmiş alıcı və vericilər,üzəri silikon edilmiş boz dəriylə qablı olan hümonoid, bu sayədə hərəkət edir, reaksiya verə bilir və hətta öyrənə bilir. |