KOSMOSDA "TANRININ ƏLİ" KƏŞF EDİLDİ
NASA-nın yaydığı fotoşəkil şok effekti verib
282: ABŞ-ın milli kosmik araşdırmalar mərkəzi NASA tərəfindən nəşr olunan bir fotoşəkil böyük müzakirələrə səbəb olub. 282.CLaN.Su-nun beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi xəbərə, ABŞ-ın Çandra-Rentgen Rəsədxanası tərəfindən çəkilən bu fotoşəkilə NASA araşdırmaçıları "tanrının əli" adını veriblər. Fotoşəkildə Şəkildə 12 kilometr diametrində olan neytron ulduzlar topasının insan əlinə oxşar düzümü aydın sezilir. NASA alimləri ulduzun 1700 yaşında olduğunu və dünyadan 17 min işıq ili uzaqlıqda yerləşdiyini açıqlayıb. Qeyd edək ki, NASA 2003-cü ildə də yenə kosmosda çəkilmiş bir fotoşəkilə "Tanrının gözü" adını vermişdi. Astronomiya mütəxəssisləri kainatda nəhəng bir gözə bənzəyən və qeydlərə "Tanrının Gözü" olaraq düşən fenomeni araşdırmağa çalışmışdılar. |