282.Clan.Su saytının məlumatına görə 22 yaşlı Aleksey tanışları ilə evdə xeyli miqdarda spirtli içki qəbul edib.3 butulka içki içən Aleksey dostları gedəndən sonra özünü 5-ci mərtəbədən atıb.Alekseyin həyat yoldaşı Katya ərinin hərəkətindən şoka düşərək pəncərəyə tərəf qaçıb.Onun sağ olduğunu görüb dərhal təcili tibbi yardım çağırıb. Yattığı yerdən qalxan Aleksey pilləkənlarla evinə qayıdıb ikinci dəfə pəncərədən tullanıb.Aleksey bu dəfə də sağ qalıb,bədəninin bəzi yerləri cızılıb. Xəstəxanaya çatdırılan Alekseyə tibbi yardım göstərilib və o,evə buraxılıb.Aleksey"heç nə xatırlamıram,ağlım başımda deyildi,bəxtim gətirib"-deyib