Rusiyanın Sverdlovks vilayətinin Nijnaya Tura şəhərindəki evlərdən birində 13 il əvvəl ölən kişinin meyidi tapılıb.282.Clan.Su saytının məlumatına görə cəsəd məhkəmənin qərarı ilə evdən çıxarılıb. Sverdlovks vilayətinin Prokrorluğunun nəznindəki İstintaq İdarəsi bildiriblər ki,1947 təvəllüdlü Aleksandr Xryaşevin cəsədi 2006-cı ildə martın 6-da qaz idarəsi əməkdaşları tərəfindən tapılıb."Cəsəd üzərində zorakı ölum halları olmayıb.Mənzildə 1996-cı ilin noyabr ayına aid köhnə qəzetlər tapılıb.Kişi cəsədinin mənzildə 13 il qaldığını söyləməyə bütün əsaslar var." Araşdırma zamanı müəyyən edilib ki,Xryşev mənzildə tək yaşayırmış.Onun qohumları 1996-cı ildə vafat edib.Qonşuları bildiriblər ki,mənzilin sahibini axırıncı dəfə 1996-cı ilin payızında görüblər.Bundan sonra mənzildə kiminsə yaşadığının əlamətləri olmayıb.Qonşular onun başqa yerə köçdüyünü güman ediblər. Müstəntiqlər bildiriblər ki,mənzil sahibinin "olmadığı" vaxt elektrik və kommunal xidmətlərə görə borc yığılıb.1999-cu ildə mənzilin işığı kəsilib.2005-ci ildə Xryaşevin mənzildən istifadə hüququnu itirib və o,qeydiyyatdan çıxarılıb. Lakin borcunu ödəməyən ev sahibinə qarşı heç bir tədbir görülməyib.Qaz idarəsinin əməkdaşları bu ilin martında planlı yoxlama həyata keçirərkən təsadüfən onun cəsədini tapıblar.Onun ölüm səbəbinin aydınlaşdırılması mümkün olmayıb.