Saata baxdım.O, hemişəki kimi gecikirdi.Mən isə sevdiyimi görəcəyim üçün vaxtından tez gəlmişdim.Geciksə də hər dəfə onu gözləyirdim.Hər gözəlin bir eybi var, mənim gözəlimin eybi də bu gecikmək idi.Bir əlimdə çiçəkləri digər əlimdə isə ona verəcəyim üzüyü tutmuşdum.Onun əlinə bu üzüyü taxmaq üçün necə səbirsizlənirdim.Axı ona evlənmə təklif edəcəkdim.
________________________________________________________________________________
Getdikcə narahat olmağa başladım.O bu qədər gecikməzdi.Əllərimdə ki, güllərin üzərində sanki göz yaşları var idi.ürəyimdə sanki güllərlə danışırdım.Onlara siz niyə ağlayırsınız ki, sanki gecikən sizin sevgilinizdir deyirdim içimdə.Birazdan o gələcək bu gülləri ona verecəyəm, sonra onu nece sevdiyimi deyib barmağına üzüyu taxacağam.
________________________________________________________________________________
Yox-yox görəsən sevgilimə nə olub, niyə axı gəlmədi, niyə məni bu qədər gözlədir? Yox o birazdan gələcək, əllərimi tutacaq və onu qovuşmağın sevincini yaşayacağam.Güllərin üzəri hələdə yaş idi.Güllər görəsən niyə ağlayırdılar ki? Uzun-uzun dənizə baxdım, xəyallara daldım, səbirsizliklə onu gözləyirdim.
________________________________________________________________________________
Artıq gözləməyin faydası yox idi.O gəlmədi. Atıq 2 ildir ki, o gəlmirdi. 2 ilidir ki, hərgün onun hədiyyə elədiyi köynəyi geyinib, onun sevdiyi duxunu vurub, onun üçün təzə çiçəklər alıb, onun üçün aldığım üzüyü götürüb onunla hər zaman görüşdüyümüz yerə gəlirəm, onu ümidlə, böyük sevgi ilə gözləyirəm. Onun birgün gələcəyini bilirəm.
________________________________________________________________________________
Amma bugün də o gəlmədi. Eybi yox, o gəlmədi mən gedərəm onun yanına, verərəm bu çiçəkləri ona. Hərgün onu görəcəyəm sevinci ilə gəldiyim yerdən yenə ümidsiz halda mən onun yanına gedirəm.... qəbirstanlığa :((( ((((