Samsung günəş batareyası ilə işləyən mobil telefon təqdim edib
Günəş batareyası Samsung Blue Earth telefonunun ehtiyat enerji mənbəyidir. O, telefonun əsas akkumulyatoru boşaldıqda istifadə olunur Samsung şirkəti ekoloji Blue Earth mobil telefonunu təqdim edib. Emal olunmuş plastikdən hazırlanan yeni telefon günəş batareyası ilə təchiz olunub. Biznes-QayNar-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, istehsalçısı qeyd edir ki, Blue Earth arxa qapağında günəş batareyası quraşdırılmış ilk böyük sensor ekranlı mobil telefondur. Bundan əlavə telefonun və onun aksessuarlarının istehsalı zamanı zərərli maddələrdən istifadə olunmur. Günəş batareyası Samsung Blue Earth telefonunun ehtiyat enerji mənbəyidir. O, telefonun əsas akkumulyatoru boşaldıqda istifadə olunur. Samsung özünün yeni məhsulunu unikal istifadəçi interfeysi ilə təmin edib. Bu interfeys alıcıların diqqətini ətraf mühitin qorunmasına cəlb etməlidir. |