MƏHƏBBƏTƏ QAYIDAQ
Çalışıram unudam, O keçmiş günlərimi. Xəyalımdan çıxaram, Sənin gülüşlərini.
Heç bilmirəm nə edim, Fikirdən uzaq olum. Dərdimi kimə deyim, Mən bəladan qorunum.
Bilmirəm ki,nə üçün, Sizinlə tanış oldum. Heç dərmanı olmayan, Xəstəliyə tutuldum.
Bilmədim vaxt gələcək, Yaram təzələnəcək. Sizə olan məhəbbət, Mənə əzab verəcək.
Üzünə necə baxım, Utanmayım,mən deyim. Bildirəm ki,vaxt çatıb, Barışmağı bildirim.
Keçmişdəki o görüş, Hərdən məni ağrıdıb. Sən verdiyin o öpüş, Məni sənə bağlayıb.
Məhəbbətdən xəstəyəm, Məni yalqız qoymayın. Birdən mən ölüb getsəm, Qəbrim üstə ağlayın.
İndi əlac qalmayıb, Gəl yaxına barışaq. Taxsırkar axtarmayın. Məhəbbətə qayıdaq. |