21 aprel tarixində Ümumdünya Elektron Kitabxanası (ÜEK) açılacaq.
Ümumdünya Elektron Kitabxanasının təntənəli açılış mərasimi, daha dəqiq desək, veb-saytın təqdimatı Parisdə, UNESCO-nun baş qərargahında, aprelin 21-də keçiriləcək. ABŞ Konqress Kitabxanasının təmsilçisi Ceniffer Qeyvinin jurnalistlərə verdiyi məlumatda bildirilib ki, bu layihə çərçivəsində nadir kitablar, manuskriptlər, xəritələr, plakatlar, markalar, filmlər, audio və video yazılar, dünyanın müxtəlif ölkələri, həmçinin ABŞ-ın milli kitabxanalarında saxlanılan şəkil və digər materiallar tərcümə olunaraq rəqəmsal formatda internetə yerləşdirilib. ÜEK ilə hər kəs tanış ola bilər. Bunun üçün kompüter və ümumdünya hörümçəyinə çıxış lazımdır. Hazırda Ümumdünya Elektron Kitabxanası min nüsxədən ibarətdir, lakin o, daim yenilənəcək. Saytdakı axtarışları 7 dildə, həmçinin rus dilində aparmaq mümkün olacaq. Qeyvinin dediyinə əsasən, ÜEK başlanğıcda ABŞ Konqres Kitabxanasının bazası əsasında yaradılıb, burada hazırda 26 milyon sənəd saxlanılır. Son dörd il ərzində isə layihəyə dünya ölkələrindən kitabxana və milli arxivlər qoşulub. ÜEK şəxsi vəsait əsasında maliyyələşdirilir. Layihənin başlanğıcında ABŞ-ın məşhur şirkəti “Google” tərəfindən 3 milyon dollar ödənilib. |