Gürcüstan alternativ “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi keçirmək qərarına gəlib. "İnterfaks" agentliyi Gürcüstanın “Rustavi 2” televiziyasına istinadən xəbər verib ki, müsabiqəyə 15 ölkədən 22 ifaçı qatılacaq. Telekanalın məlumatına görə, musiqili şou "Avroviziya” müsabiqəsində iştirakdan etməkdən imtina edən “Stefano and 3G” gürcü qrupuna qarşı həmrəylik məqsədilə keçirilir. Belə ki, bu qrup müsabiqəyə təqdim edilən mahnının sözlərinin dəyişdirilməsi tələbi ilə razılaşmamış və müsabiqədə iştirakdan imtina etmişdi. Musiqili şou Tiflisdə keçiriləcək, konsertə giriş pulsuz olacaq. Telekanal şounun harada keçiriləcəyini və kim tərəfindən təşkil edildiyini açıqlamayıb.
Xatırladaq ki, Gürcüstan may ayında Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək 54-cü "Avroviziya" mahnı müsabiqəsinə "We don`t wanna Put in" mahnısı ilə qatılmaq niyyətində idi. /ANSPRESS/ |