Araşdırmalar nəticəsində bəlli olub ki, insanların əksəriyyəti xroniki və ya təsadüfi baş ağrılarından əziyyət çəkir. İnsanların əksəriyyəti baş ağrıları zamanı həkimə müraciət etmirlər.
Ya özləri bu fəsadı müxtəlif dərmanların köməyi ilə aradan qaldırmağa cəhd göstərirlər, ya da ciddi bir nəticə olacağından çəkinib həkimə müraciət etmirlər. Müxtəlif dərmanların qəbulu isə bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır. Bunlar allergiya, mədə-bağırsaq sistemində olan kəskin dəyişiklik, bağırsaq, qaraciyərdə olan xəstəliklərdir. Baş ağrılarının əsas səbəbi isə əsəb sistemindəki, gərginlik, depressiya anları, hipertonik xəstəliklər (qan təzyiqinin yüksək olması), boğaz-burun, göz sistemindəki xəstəliklər və s. Baş ağrılarının ən geniş yayılan forması – 70% gərginlik, 25% miqren ağrılardır. Bunlar isə müxtəlif fəsadlar yaradır. Sözügedən xəstəlik ilə ən çox həkim-nevroloqlar məşğul olurlar. Nə vaxt həkimə müraciət etmək lazımdır?Ömründə ilk dəfə başın ağrıyanda
~ Ağrı əvvəlki baş ağrılarından kəskin fərqlənəndə ~ Ürəkbulanması, başgicəllənməsi, görmə və eşitmə problemləri olanda ~ Səhər baş ağrıları olanda |