Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
13:25
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 29
Qonaqlar 29
İstifadəçilər 0

  

19:58
Ekstrasens Zirəddin Rzayevin Müsahibəsi...

Ekstrasens Zirəddin Rzayev cinlərdən danışdı

- Necə oldu ki, görücü olduğunuzu dərk etdiniz? İlk dəfə hansı öncörməni açıqlamısınız?
- Mən hələ dünyaya gəlməmişdən qabaq yaxınlarım bilirdilər ki, mən qeyri-adi br uşaq olacam. Çünki bu anamın yuxularında öz əksini tapırdı. Mən 3 dəlillə dünyaya göz açmışam. Hələ dünyaya göz açmamışdan qabaq adım yuxuda qoyulub, Seyyid Əkbər adlı bir müqəddəs nəslin nümayəndəsi yuxuda mənə kirvə göndərilib və mən dünyaya müsəlman kimi gəlmişəm. Hələ erkən uşaqlıq dövründən mən bu gücü özümdə hiss edirdim. Mənə səslər gəlirdi, qeyri-adiliyimlə yaşıdlarımdan cox fərqlənirdim. Hətta yaşıdlarım məndən çəkinirdilər.

- Mətbuatda bildirmisiniz ki, ruhların səsini eşidirsiniz, “ruh dili” hansı dilə bənzəyir?
- Mən astral aləmlə əlaqədə oluram. Səslər eşidirəm. Bəzən qarşımda oturan adamların adlarını mənə səslər deyir. Ancaq mən onlarla söhbət etmirəm. Onlarla mənim aramda telepatik əlaqələr olur. Ümumiyyətlə mənim ekstrasensor fəaliyyətim 4 mərhələdən ibarətdir: eşitdiyim səslər, öncəgörmələr, hisslər və yuxular. Adətən mən görmələrimlə fəaliyyət göstərirəm. Ancaq səslər mənim üçün cox ağırdır. Səs eşidəndə bədənimə qorxu gəlir, gözlərim yaşla dolur.

- Ruhlarla söhbət zamanı keçmiş, yoxsa gələcək barədə söhbət edirsiniz? Ayrı-ayrı ölkələr barədə məlumatlar əldə edirsinizmi?
- Mənə dünyanın gələcəyi ilə bağlı müraciət edənlər olmayıb. Hər kəs öz şəxsi həyatı və s. problemləri üçün mənə müraciət edib. Ümumilikdə isə dünyanın taleyi ilə bağlı önəmli informasiya əldə etmək mümkündür. Mən keçmiş, hazırki zaman və gələcəklə bağlı informasiyalar vermək qüdrətinə malikəm. İnsanları cadu, bəd nəzər, lənət və s. bu kimi neqativlərdən təmizləmək mənim ən əsas qayəmdir.

- Cinlərlə əlaqəyə girdiyiniz olubmu?
- “Qurani-Kərim”də cinlər surəsi var. Cin deyəndə həmişə insanlar pis düşünürlər və onları lənətləyirlər. Əslində isə bu, belə deyil. Cinlərin də insanlar kimi müxtəliflikləri var. Onların müsəlmanı da var, xaçpərəsti də var, şeytana qulluq edəni də. Maraqlananlar cinlər haqqında “Quran”ın cin surəsini oxuya bilərlər. Mən müqəddəs ruhlara təvəssül edib, onlardan kömək alıram.

- Hər gün yanınıza çoxsaylı insan gəlir, adi insanlarla ilk görüşdə nə hiss edirsiniz? Onların keçmişi, bu günü və gələcəyi dərhal sizə əyan olurmu?
- Mən həmişə insanların taleyi ilə bağlı əziyyət çəkirəm. Qarşında əyləşən insanın haqqında faciələr və dəhşətlər görmək heç də asan iş deyil. Yanıma ağır xəstələr gətirirlər. Sağalmayacaq xəstə haqqında yaxınlarına həqiqəti söyləmək mənimçün çox ağırdır. Bəzən istəmədən də küçə ilə keçən adamın xəstəliklərini görürəm.

- Deyə bilərsinizmi, bizi (ölkəni) nə gözləyir?
-Ölkəmizin qarşısında çox böyük uğurların olduğunu görürəm. Azərbaycanımız odlar yurdu olaraq bütün dünyaya öz alovu ilə xeyir-dua verəcək. Hər kəs bizim ocağımızdan mədəd umacaq. Azərbaycan iqtisadi baxımdan böyük uğurlar əldə edəcək

- ABŞ supergüc olaraq qalacaqmı?
- ABŞ-ın dünya üzərindəki hegemonluğunun ömrü az deyil və hələ ki, hökmranlıq taxtında ABŞ hökm sürəcək. Ancaq ABŞ-ın qarşısında çox böyük təbii fəlakətlər var ki, 2011-13-cü illər arası bu proses özünü göstərəcək.

- Həzrət Əli ilə əlaqəyə girə bilirsiniz?
- Mən istədiyim vaxt müqəddəs ruhlarla əlaqəyə girə bilmirəm. Bu, məndən asılı bir iş deyil. Vətənimdə fəaliyyət göstərdiyim vaxtlar idi. Qəbul etdiyim otaqda Həzrət Əlinin şəkli asılmışdı. Şamların hisi şəklin üzünü bir az tündləşdirmişdi. Şəkli bükələyib evə qoydum. Yoldaşımla hələ ailə qurmamışdım (o vaxt xəstəm idi). Mənə dedi ki, ver o şəkli evimizə aparım. Şəkli aparandan bir neçə ay sonra yuxuda gördüm ki, yataq otağında dolabı açıram ki, paltar götürəm. Elə bu zaman gördüm ki, həmin şəkil dolabın iç tərəfində divardadır və şəklin gözlərində yaş damlaları var. Yuxudan oyanan kimi yoldaşıma (xəstəmə) zəng etdim ki, şəkil evdədirmi? Beş dəqiqədən sonra mənə zəng etdi ki, şəkil eyvanda qalıb və yağmur şəkli isladıb.

- Cənnət və cəhənnəm varmı?
- Fədası olduğum Peyğəmbərim cənnət və cəhənnəmin varlığına inanıbsa və bu müqəddəs “Quran”ımızda öz əksini tapıbsa, mən nə karəyəm ki, bunları inkar edim? Mən axirətə bütün varlığımla inanıram. Mənim saytımda (
www.phainomenon.com) da bu məsələ öz əksini tapıb.

- Nə vaxt öləcəyinizi bilirsinizmi?
- 50-60 yaşa çatsam, sevinərdim. Ancaq buna ümidim yoxdur. Allahdan tək istəyim budur ki, “Əhli-beyt” adlı məscid tikdirəm. Bundan sonra ölüm məni qorxutmazdı. Ümumilikdə isə mən özümü qocalmış görmürəm. Mən Allaha qarşı üsyan etməkdən (əstəğfirullah) çox qorxuram. Ancaq mənə “dünyaya yenidən gəlmək istərdinmi?” – deyə sual olunsaydı, fikirləşmədən yox deyərdim. Yaşım azdır, yüküm çoxdur. Seyyid Nəsimi deyirdi ki, mən bu cahana sığmazam. Doğrudan da mən bu dünyaya adaptasiya ola bilməmişəm və yaşamaq mənimçün çox ağırdır, əziyyətlidir.

- Azərbaycana Ermənistandan, yaxud digər düşmən ölkələrdən maqik hücum varmı?
- Onlar maqik güc baxımından acizdirlər. Ümumilikdə isə siyasi xadimləri maqik gücdən istifadə edirlər, həm də bizim əleyhimizə. Ancaq bir şeyi bilmirlər ki, qəbri erməni işğalçılarının tapdağı altında qalan müqəddəslərin lənəti onlardan qisas alacaq və məsum insanlarımızın tökülən qanlarının hesabını Allah Öz HAQQ ismi ilə onlardan soracaq.

- Azərbaycanın, xüsusən Bakının aurası barədə nə deyə bilərsiniz?
- Azərbaycanımızın və Bakının aurası çox təmizdir. Təbii ki, İlahi Hakimiyyətdə də iqtidar və müxalifət var. Allah hər şeyi cüt yaradıb ki, Özünun tək olduğunu hər kəs görsün və səcdəyə qapansın. Bu baxımdan da ölkəmizdə neqativ enerji az deyil. Ümumilikdə isə ağ işığın gücü ona qalib gələ bilir.

Категория: Müxtelif | Просмотров: 891 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 2
0  
 
fatinka yazdıki >> eee onsuzda ona inanmiram 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:93.184.226.174
Tarix: 25.04.2009 ,22:25.

0  
 
Anonim yazdıki >> thanksyou yerivar thanksyou 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.164
Tarix: 24.04.2009 ,21:18.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024