Obamma Soyqırım Demədi,Amma...
ABŞ prezidenti erməni dilində mesaj verdi...
Erməni diaspor təşkilatları bərk qəzəbləndi...
282: ABŞ-ın iki böyük erməni diaspor təşkilatı prtezident Barak Obamanın 24 aprel çıxışından məmnun olmadı və Obamanı, keçən il verdiyi sözləri tutmamaqla günahlandırdı. 282.CLaN.Su-nun verdiyi xəbərə görə, Amerika Erməni Milli Konqressənin (ANCA) başçısı Ken Haçikyan yaydığı yazılı açıqlamasında ''Prezident Obamanın, "soyqırımı" tanıyacağıyla bağlı sözünü tutmamasından dərin bir xəyal qırıqlığı yaşayan amerikalı ermənilərə mən də qatılıram'' deyə bildirdi. Haçikyan, bununla belə, Obamanı bu mövzudakı mövqeyini dəyişdirməyə və Konqresə çıxarılan ''soyqırım'' qanununu dəstəkləməyə səsləyib.
Digər böyük erməni təşkilatı Amerika Erməni Asssambleyasının (AAA), prezidentinin açıqlaması da "Obama, "erməni soyqırımını" tanıyacağı sözünü tutmadı'' başlığıyla yayıldı. AAA-nın icraçı direktoru Bryan Ardoni, ''Prezidentin çıxışı bizə söz verdiyi dəyişikliyə uyğun deyil" - deyə bildirdi. Qeyd edək ki, ABŞ prezidenti 1915-ci il hadisələri ilə bağlı 24 apreldə Bakı vaxtı ilə gecə saatlarında etdiyi çıxışında "Soyqırım" ifadəsi işlətmədi. Əvəzində baş verənləri "böyük fəlakət" adlandırdı.
Belə ki, Obama soyqırım sözü əvəzinə dilimizə "böyük fəlakət" olaraq çevrilən ermənicə "Meds Yeghern" sözünə yer verdi. Barak Obama, "Erməni xalqı bizim ürəklərimizdə yaşadığı kimi, "böyük fəlakət" də, bizim xatirələrimizdə yaşamalıdır" deyə danışdı |