Ayrılıq. Ayrılıq deyilən bir söz var dünyada. Ömür-günümüzün qənimi, itirilən xoşbəxtliyimizin, ümüdlərimizin cəlladı ayrılıq! Bilirəm bax elə indicə oxuyacağınız bu yazı ayrılıq əzabını yaşayan bir çoxlarının illərdən bəri ovudub unutduğu kədərini oyadacaq. Acılı - şirinli xatirələrini dilə gətirəcək. Ürəyimizin ən dərin küncündə bəlkə də şah damarının üstündə qaysaq bağlamış yarasını qanadacaq bu söz. Ayrılığa ölən sabahımızın cəlladı dedim. Bu ölümün hökmünü , düşünmədən atdığımız addımı verir. Qısqanclığımızmı? Xəyanətimizmi? Heç özümdə bilmirəm. Bircə onu bilirəm ki, ömrümüz boyu nə etsək də, hara getsək də bu iblisin caynağından qurtula bilmirik. Yanğısı sinəmizi elə köz - köz edirki, illərlə səngimir tüstüsü başımızdan. Yaman sevir göz yaşını içdikcə doymur ayrılıq. Qorxusu bağrımızı yara - yara gəlsədə sonradan elə dözürük ki, sanki belədə olmalıyıq. Hardandır görən bu qədər dözüm bizdə? Məncə dözüm deyil təsəllidir bu. Kor təsəlli. Qismət adlı inandığımızın acı təsəllisi. Sevirik…..Bu sevginin xoşbəxt günlərini duymadan bəzəndə qədrini bilmədən yaşayırıq. Birdə görürük ki, aldı başımızın üstünü ayrılıq dumanı. Çırpınırıq - çırpınırıq kədərin qollarında. Müsübət tufanı qopur içimizdə. Ahnaləmiz ərşə dirənir. Sonrada yorulub barışırıq taleyimizlə. Qismət belə imiş deyirik. Neyləyə bilərik. Hansı sevən qovuşurki, deyirik. Bəlkə də haqlıyıq, bəlkə də haqsız. Bir ömür boyunca varımızı - yoxumuzu çalıb - talayan ayrılıq. Sənin fitnə - fəsatından kim baş aça bildi? Kim? Bir torun var düşən qurtula bilməz aman ayrılıq !!! |