Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
13:25
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı Azərbaycan TV-si ?
[ Netice · Diger ]
Cavablar: 147

Мини-чат

Статистика

Saytda Olanlar 18
Qonaqlar 18
İstifadəçilər 0

  

11:11
Kökəlmək istəyirsiniz?????
 
Sağlamlıq
İlk olaraq genlərə diqqət yetirmək lazımdır.Əgər sizin atanız və babanız arıq olublarsa,onda hər kiloqram üçün uzunmüddətli mübarizəyə hazır olun.Çəki azlığında onurğa sütununun vəziyyəti də az rol oynamır.Əgər onurğanız mədə-bağırsaq hissənizdə əyilibsə,bu da kökəlmənizə maneə törədə bilər.Sözün düzü arıq insanlarda sağlamlıqla əlaqəli istənilən problem özünü çəkidə büruzə verə bilir.Yaxşı yatmaq önəmlidir.Çünki məhz yuxuda boy hormonu olan-somatropin ifraz olunur ki,o da əzələlərin böyüməsilə çəkinin artmasına kömək ola bilir.Həmçinin yuxu orqanizmə arıqlarda piyləri yandıran stess hormonu-kortizolla mübarizədə kömək olur.Beləliklə,az əsəbləşməyə və stresdən uzaq olmağa çalışın.
Qidalanma
Bu məsələdə əsas-iştahı açmaqdır.Buna gəzinti,idmanla məşğul olmaq kömək ola bilər.Gün ərzində minimum 5 dəfə yemək lazımdır.Amma partlayana kimi yemək olmaz.Mədənizə qidanı rahat həzm etmək və özününküləşdirmək imkanını təmin edin.Kökəlmək məqsədilə Fastfood_la qidalanmaq çox ziyanlıdır.Bununla siz sadəcə orqanizminizi şlaklaşdıra və qarnınızı böyüdə bilərsiniz.Qidalar müxtəlif,balanslaşdırılmış olmalıdır.Ət və xəmirlə yanaşı tərəvəzləri də unutmamalısınız.Təyin olunmuş vaxtda mədə şirənizin ifraz olunması və sizdə aclıq hissinin yaranması üçün rejim vacibdir.
Idman
Nə qədər qəribə olsa da,arıqlamaq istəyən bütün insanlar kimi siz də idman zalı və hovuza getməlisiniz.Bu siluetinizi yaxşılaşdırmaq və qazandığınız kaloriləri düzgün bölüşdürmək üçün vacibdir.
Nədən başlayaq?
Əgər elə imkan varsa yayı yaxşı keçirmək və heç olmasa hansısa kəndə getmək sizə kömək olar.Əgər bunu həyata keçirməyə şərait imkan vermirsə onda növbəti məsləhətlərə əməl etməyə çalışın:

•Havada mümkün qədər çox vaxt keçirin;

• idmanla məşğul olun.Əlbəttə özünüzü əldən salmayın.Amma üzmək,gəzinti,əsas əzələlər üçün bəzi hərəkətlər şübhəsiz sizə xeyir verəcək;

•rejimə əməl edin-hər gün eyni vaxtda oyanmağa,qida qəbul etməyə və yatmağa çalışın;

•gündə 5dəfə,asta və qidanı yaxşı çeynəyərək yemək lazımdır.Yeməkdən əvvəl və ya yemək vaxtı əsəbləşmək qadağandır.Bu həzm sisteminə çox ziyandır;

•ümumilikdə həyatınızı elə nizamlayın ki,mümkün qədər az əsəbləşəsiniz.Mənəvi tarazlığınızı pozmamağa çalışın.Özünüzdə fleqmatiklik yaradın.Hər şeyi çox həssas qəbul etməyin,sizi əhatə edən mühitə fəlsəfi yanaşın;

•sutkanın 8-10 saatını yatmaq lazımdır,amma yuxu dərmnanının köməyindən istifadə etmədən;

•havadan asılı olmayaraq şam etməzdən öncə 1saatlıq gəzintiyə çıxın və bu zaman dərindən nəfəs alıb-verin.Bu iştahı oyadır.Sonra yaxşıca yeyin və ən gec 1saat sonra yatın.Şamdan sonra kiçik qurtmularla 1stəkan ballı süd içmək xeyirlidir;

•çalışın həmişəkindən yarım saat tez durasınız ki,rahat və tələsmədən səhər yeməyinizi yeyə biləsiniz.Yemək vaxtı həmçinin nəsə oxumaq və radio dinləmək də ziyandır;

•günorta yeməyindən sonra 15-30 dəqiqə uzanmaq çox xeyirlidir.Bu vaxt yaxşı və xoş bir şey barədə fikirləşməyə çalışın;

•alkoqol,qəhvə,tünd çay,siqaret və dərmanlardan imtina edin-bütün bunlar sinir sistemini oyadır və maddələr mübadiləsinə neqativ təsir edir.

Fikirlerinizi bildirmeyi unutmayin...!!!

Категория: Müxtelif | Просмотров: 1471 | Добавил: DaMLa | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
fatinka yazdıki >> cox saq  
__________
İstifadəçiəçi Adı:fatinka
İP:93.184.224.60
Tarix: 27.04.2009 ,19:13.

0  
 
Anonim yazdıki >> nə şirin uşaqdıyeee sirtiq ...ama kökəlmək istəmirəm çooooooxsağol mirig hə çalışaramki yazılanların çoxsuna əməl edim... 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.70
Tarix: 27.04.2009 ,17:14.

0  
 
ayka yazdıki >> riayet ederik narahat olma thanksyou 
__________
İstifadəçiəçi Adı:Ayka
İP:82.118.157.216
Tarix: 27.04.2009 ,14:35.

0  
 
Eti yazdıki >> Təşəkkürlər Xəbərə Görə yerivar !!! 
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:212.38.118.193
Tarix: 27.04.2009 ,13:57.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024