Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
13:25
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Oğlansan qız ?
[ Netice · Diger ]
Cavablar: 158

Мини-чат

Статистика

Saytda Olanlar 29
Qonaqlar 29
İstifadəçilər 0

  

19:24
Yalnız sevmək kifayət deyil.

 
Yalnız sevmək kifayət deyil!

Sevgi insan qəlbinin qapısını istənilən yaşda, həm gənclikdə, həm də ömrün irəli yaşlarında çala bilər. Arzu olunan bir sevgi heç də həmişə insana mütləq xoşbəxtlik, səadət gətirmir. Xəyalda hər şey cazibədar, məsum və gözəldir.

Uzaqda olan çox arzu gözəldir. Reallıqda isə bir çox hallarda bu arzuladığımız gözəlliyin, yolunu gözlədiyimiz ülvi hissin, varlığın qədrini bilmirik.

Sevgi gəminizin xoşbəxtlik sahilinə yan ala bilməsi üçün yalnız çox sevmək yetmir. Böyük ümidlərlə başlayan bir çox bərabərliklər, gəminin su alması səbəbiylə batır!

Bəzi münasibətlər, hər iki tərəfə də xoşbəxtlikdən çox acı yaşadır və bu ağrılar zamanla vərdiş halına çevrilir. Həm qadının həm də kişinin fərqinə varmadan içinə girdiyi bu girdab, sonunda yaşanan eşq qədər asılılıq halına gəlir.

Ancaq münasibətin başlanğıcındakı həyəcan və eşq yerini söz-söhbətə, hesabat vemələrə veribsə, deyilən yalanlar hər iki tərəfin də xilaskarı halına çevrilmişsə, bu hal o gəmini tərk etmənin zamanının çoxdan gəldiyini göstərir. Budur, pis gedən münasibətlərdəki təhlükə siqnalları... Siz siz olun, bu söylədiklərimə qulaq asın və yaşadığınız eşqin ağrısına hazır olun...

özünüzü qayğıya möhtac hiss edirsiniz?

öncə niyə belə bir hiss keçirdiyinizi özünüzdən soruşun. Həyatınız boyunca həmişə qayğı gözləmisiniz və partnerinizin sizə qarşı duyduğu marağın zaman keçdikcə azaldığını hiss etdiniz? Bu problemin cavabını kəşf edin və mütləq həlli yolunu tapın...

Ona qarşı asılılıq hiss edirsiniz? Onun qəlbinizi qırdığı, laqeyd yanaşdığı, əvvəlki qədər sevgi sözlərini söyləmədiyi halda, siz hələ də onsuz yaşaya bilməyəcəyinizi düşünürsünüz? çox gec olmadan yaşamınızın belə getməsinə icazə verib-verməyəcəyinizə qərar verin. Əks halda, özünüzü həmişə boşluqda hiss edəcəksiniz...

Sevgidə verici tərəf həmişə siz olmusunuz?

Partneriniz sizə hörmət etmir, onun üçün etdiklərinizi təqdir etmir, duyğularını ifadə etməkdən qaçır və siz buna baxmayaraq hələ də sevginin verici tərəfini oynayırsınız? O zaman artıq dayanmağın zamanı gəldi. Bir az da bu fədakarlıqları ondan gözləyin. Əgər etmirsə, onunla bu mövzuda danışın...

Münasibətinizdə problem yarananda bunu hər zaman sizin üzərinizə yükləyir? O zaman əmin olun, sizin deyil, onun özünü sorğu-sual etməsi lazımdır. Bunu ona bildirin və əsla bu məsuliyyəti yalnız öz üzərinizə almayın.

Münasibətinizin ilk günlərindən bu yana hər bir qərarı bir-birinizlə məsləhətləşərək qəbul etdiniz. Amma artıq qarşı tərəf, bütün qərarları özü qəbul edir. Bu vəziyyət isə sizə duyduğu hörmətin, bütünlüyün, tamlığın itdiyini göstərir. O halda, vəziyyəti onunla danışın və daha böyük bir problemin meydana gəlməsinin qarşısını bəri başdan alın...

Unutmayın, hər gəminin mütləq bir yolçusu və hər yolçunun mütləq gəzəcəyi sahillər var. önəmli olan dalğaların sizi çox əldən salmasına icazə vermədən, zamanında tərk etməkdir tüstülənən gəmini...

Категория: Sevgi | Просмотров: 852 | Добавил: fatinka | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
rihanna yazdıki >> menim hec sevgilim yoxdu sorry 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.2
Tarix: 03.05.2009 ,10:08.

0  
 
ayka yazdıki >> thanksyou gul12 
__________
İstifadəçiəçi Adı:Ayka
İP:82.118.157.204
Tarix: 27.04.2009 ,22:48.

0  
 
Anonim yazdıki >> çoxsağol fatinka oxudum sen supersən thanksyou yerivar op 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.70
Tarix: 27.04.2009 ,20:01.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024