Sevginin də min bir növü var. Gəlin bəzilərini nəzərdən keçirək…
Özünə Aşiq Sevgili
Həmişə özünü düşünər. Müvəffəqiyyət və qabiliyyətlərini şişirdər. Xüsusi və tək olduğuna inanar. İnsanları istismar edər, öz mənfəətləri üçün başqalarını istifadə etməkdən çəkinməz
Şübhəçi Aşiq Sevgili
Təmkinlidir. Duyğu və düşüncələrini paylaşmaz. Qısqancdır, həmişə aldadıldığı düşüncəsinə qapılar. Hər sözün arxasında başqa səbəblər axtarar. Küsəyəndir.
Yalançı Aşiq Sevgili
Məsuliyyətsizdir. İşlədiyi heç bir işdə stabillik göstərməz. Cəmiyyət qaydalarına uymaz. Qız qaçıranlar, təcavüz edənlər, qadın döyənlər ümumiyyətlə bunlar arasından çıxar. Maliyyə öhdəçiliklərini yerinə yetirməz. Peşmanlıq duyğusu yaşamaz.
Oyunçu Aşiq Sevgili
Duyğuları səthidir və sürətlə dəyişər. Maraq mərkəzi olmadığı vəziyyətlərdə narahatdır. Diqqət çəkmək üçün xarici görünüşünə diqqət göstərər. Hərəkətləri şişirdilmişdir.
Dəyişkən Aşiq Sevgili
Özünü idarə edə bilməz. Bir gün sevdiyinə həddindən artıq dəyər verər, sabahısı günü yerin dibinə batırar. Ani hərəkətləri vardır, həddindən artıq pul xərcləyə bilər.
Qaydaçı Aşiq Sevgili
Qaydalar ilə yaşar. Mükəmməliyətçidir. Özünü işində müvəffəqiyyətli olmağa vermişdir. Planlı proqramlıdır. Standartları çox yüksək olduğu üçün proyektləri yarımçıq qalar.
Asılı Aşiq Sevgili
Tək başına qərar verə bilməz. Hər vaxt başqalarının öyüdlərini dinlər. Məsuliyyət ala bilməz. Tək qalmaqdan qorxar. Bir əlaqəsi bitincə dərhal yeni bir əlaqə axtarışına keçər.
Utancaq Aşiq Sevgili
Sevgini tapmaqda çətinlik çəkər, çünki bunun üçün səy xərcləyə bilməz. Platonik eşqlər yaşar və tək qalar. pərəstişkarımızdır.
Bəs siz hansı tip sevgilisiniz?
Fikirlərinizi bildirməyi unutmayın !!! |