Moskvada keçiriləcək 54-cü “Eurovision” mahnı müsabiqəsi ərəfəsində müsabiqəni kimin qazanacağına dair sorğu keçirilir. “Eurovisionmoscow” saytına istinadən məlumatına görə, hazırda Türkiyə təmsilçisi Hadisə sorğuda 52.99 faiz səs çoxluğu ilə birinci yerdədir. İknici yerdə Norveç (5.78%), üçüncü yerdə İspaniya təmsilçisi Soraya (5.59%), dördüncü yerdə Rumıniya təmsilçisi Elena (4.24%), beşinci yerdə Yunanıstan nümayəndəsi Sakis Rouvas (3.85%) gəlir. Azərbaycanı müsabiqədə təmsil edəcək Aysel-Araş dueti 3.28 faiz səs toplayaraq, altıncı yerdə dayanır.