Yubkanı qaldırdı, 6 ay həbs cəzası aldı 27 yaşlı yenizelandiyalı Timoti Çempkinin qeyri-adi xuliqanlığı ona baha başa gəlib.
“The New Zealand Herald”a istinadən verdiyi məlumata görə, ona yoldan keçən qadınların yubkalarını yuxarı qaldırdığı üçün 6 ay həbs cəzası kəsiblər.
Onun növbəti xuliqanlığı diqqətsizliyi səbəbindən baha başa gəlib. Yolu keçərkən işıqforun yaşıl işığını gözləyən Çempkin özünü saxlaya bilməyib və yanındakı 21 yaşlı qızın yubkasını yuxarı qaldırıb. Bu zaman o, polis əməkdaşlarının cəmi bir neçə metrliyində olduğunu görməyib. Xuliqan həbs olunandan sonra etiraf edib ki, həmişə belə “işlə” məşğul olub. |