Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
13:22
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Virtualda sevgiyə necə baxırsız ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

17:20
Başqa peyğəmbərlər tərəfindən Məhəmməd peyğəmbərimizin gələcəyi müjdəsi

Bu Yazıda belə bir sualı cavablamaq istəyirik: görəsən islam Peyğəmbəri (s) dünyaya gəlməzdən öncə başqa peyğəmbərlər tərəfindən Məhəmməd (s) adlı bir peyğəmbərin gəlişi haqqında vədələr verilmişdirmi? Bu sualı cavablandırmaq üçün ilk növbədə müqəddəs Quranın, sonra isə digər müqəddəs kitabların bu sualı necə cavablandırması haqqında tədqiqat aparacağıq. Qurani Kərim Həzrəti Isanın (ə) öz itaətçilərinə belə buyurduğunu nəql edir: "Onu da xatırla ki, bir vaxt Məryəm oğlu Isa belə demişdir: Ey Israil oğulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı peyğəmbəri (sizə) müjdə verən Allahın elçisiyəm." (Səf surəsi, ayə 6)

Peyğəmbəri (s) dünyaya qədəm qoymazdan öncə Isa peyğəmbərin (ə) vasitəsi ilə Bəni-israilə dediyi: "Məndən sonra Əhməd adlı bir peyğəmbər gələcək" -müjdəsinin həqiqət olmasına yəqin edir. Burada bir neçə nöqtəyə də diqqət etmək lazımdır. Qurani Kərimdə həzrəti Isanın (ə) özündən sonra Əhməd (s) adlı bir peyğəmbərin gələcəyini xəbər verməsi söylənilmişdir. Lakin biz müqəddəs Incili mütaliə edərkən orada Əhməd sözünə ras gəlmirik. Çünki, Əhməd kəlməsi ərəb kəlməsidir, Incil isə ərəb dilində nazil olmamışdır.

Tədqiqatçıların nəzəriyyələrinə əsasən Isa peyğəmbərin (ə) Incildə Məhəmməd (s) haqqında danışarkən çəkdiyi adlar ərəb dilində Əhməd sözünü daşıyan mənaları ifadə edir. Böyük dilçi alim Rağib Isfahani özünün "Müfrədat" adlı kitabında Əhməd sözünü belə tərcümə etmişdir: Əhməd sözü-şükr və tərif mənasını daşıyan həmd sözündən götürülmüşdür.
Rağib Isfəhaninin yazdığına əsasən Isanın (ə) islam Peyğəmbərini (s) Əhməd (seçilmiş) adlandırması o həzrətin Allah yanında bütün peyğəmbərlərdən üstün olmasına işarədir. Bəzi alimlərin nəzərinə görə islam Peyğəmbərinin (s) ümumi adı Məhəmməd (s), xüsusi daı isə Əhməddir (s). Bu alimlərin fikrincə həzrəti Isa (ə) islam Peyğəmbərini (s) xüsusi adı ilə - Əhmədlə (s) yad etmişdir.

Əhməd adının yaranması.

Imam Baqir (ə) buyurmuşdur: "Aminə Peyğəmbərə (s) hamilə olarkən qeybdən belə bir nida gəldi: Bətnindəki uşağın adını Əhməd qoyarsan." (Təbəqat 1-ci cild, səh. 79)

Islam Peyğəmbərinin (s) özü də bu məsələ ilə əlaqdar belə buyurmuşdur: "Mənin Məhəmməd (s) adlandırılmağımın səbəbi yer əhlinin mənə məhəbbət bəsləməsi, Əhməd (s) adlandırılmağımın səbəbi isə səma əhlinin məni sevib seçməsidir (başqalarından üstün tutmasıdır.)" (Təfsiri Qumi 2-ci cild, səh. 378)

Həmçinin başqa bir rəvayətdə Imam Baqir (ə) islam Peyğəmbərinin (s) dünyaya gəldiyindən bir həftə sonra əmisi Əbu Talib tərəfindən Əhməd (s) adlanıdırılmasını vurğulamış, o həzrətin yer və səma əhlinin yanında seçilmiş insan olduğuna görə Əhməd (seçilmiş) adlandırılmasını buyurmuşdur. (Kafi, 6cı cild, səh. 24)

Islam Peyğəmbəri (s) "Əhdi-ətiq"də.
Musa peyğəmbər (ə) Əhdi-ətiqdə (Tövratda) belə nəql edir: "Allah Təala mənə dedi: Onlar nə dedilərsə yaxşı dedilər. Onlar üçün öz qardaşlarının arasından sənin kimi bir peyğəmbər seçərək öz sözümü onun dilinə cari edəcəyəm. Mən ona hər nə deyəcəyəmsə də, o Mənim sözlərimi onlara çatdıracaqdır." (Əhdi-ətiq, 19- 17:18)

Islam peyğəmbəri (s) Incildə.
Həzrəti Isa (ə) Incildə belə nəql edir: "Mən atadan soruşuram, "Farqalit"i (seçilmişi) həyatın sonuna qədər sizinlə qalmaq üçün göndəriləcəkdir." (Yuhənnanın incili, 17-15:14)
Məsihi alimləri və Incili müxtəlif dillərə tərcümə edən mütərcimlər hər dəfə Farqalit sözü ilə üzləşdikdə bu sözü Müqəddəs Ruha işarə adlandırmışlar. Onların bu yozum və təhlildən məqsədləri Isa peyğəmbərin (ə) Incildə Islam Peyğəmbəri (s) haqqında heç bir xəbər verməmələrini isbat etməkdir. Əgər məsihilər Isa peyğəmbərin (ə) Məhəmməd (s) haqqında verdiyi xəbərləri olduğu kimi qəbul etsəydilər onda o həzrəti qəbul etmək məcburiyyətində qalacaqdılar.

Insan, tarixi faktları araşdırarkən Isa peyğəmbərin (ə) Farqalit sözündən Məhəmməd peyğəmbəri (s) nəzərdə tutduğunu yəqin edir. Burada o faktlardan bir neçəsinə işarə edirik:
1. Islamdan qabaq yaşayan məsihilərin əqidəsi.
Həzrəti Məhəmməd (s) peyğəmbərliyə seçilməzdən öncə məsihilərin əksəriyyəti Isadan (ə) sonra Farqalitin (seçilmiş) gələcəyini gözləyirdilər. Bu barədə "Lubbət-tarix" kitabının yazıçısı, məsihi alimi Vilyam Miyurun mülahizələrinin birinə toxunmaq kifayətdir. O deyir: "Isa peyğəmbərdən (ə) sonra kiçik Asiyada Mentes adlanan mənəviyyatlı bir keşiş peyğəmbərlik iddiası etdi. Məsihilər onu inkar edərək ondan öz peyğəmbərliyinin sübutunu istədilər. O da məsihilərin cavabında "Isanın (ə) Incildə söylədiyi Farqalit mənəm!"-dedi. (Lubbət-tarix, səh. 123)
Bu tarixi əsasa diqqət etdikdə belə bir nəticə əldə etmək məntiqə tam uyğun gəlir: "Hələ Islam Peyğəmbəri (s) dünyaya göz açmazdan öncə, məsihilər Farqalit sözünü Müqəddəs Ruha deyil, Isadan (ə) sonra gələcək peyğəmbərə aid edildiyini bildirirlər.

2. Nəcaşinin etirafı.
Həzrəti Məhəmməd (s) peyğəmbərliyə seçiləndən sonra Ərəbistan yarımadasının bütün qonşu məntəqələrinin padşahlarına məktub yazaraq onları müqəddəs islam dininə dəvət etdi. Islam dininə dəvət olunan və bu dəvətə müsbət cavab verən padşahlardan biri də Həbəşstanın (Efiopiya) şahı Nəcaşi oldu. Nəcaşi islam dinini qəbuq etməzdən öncə Isa peyğəmbərin (ə) dininə inanırdı (yəni məsihi idi). Islam Peyğəmbəri (s) Nəcaşini islam dininə dəvət edərkən Nəcaşi belə demişdir: "Allaha and olsun! Məhəmməd (s) (müqəddəs kitablarda) vədəsi verilmiş və kitab əhlinin (yəhudi və məsihilərin) gözlədiyi sonuncu peyğəmbərdir." Peyğəmbərin (s) məktubunun cavabında isə bu cümlələri yazmışdır: "Mən sənin peyğəmbərliyinə şəhadət verirəm."

3. Roma papasının bəyanı.
Islam Peyğəmbərinin (s) məktub yazdığı padşahlardan biri də Roma imperatoru idi. O Islam Peyğəmbərinin (s) məktubunu oxuduqdan sonra belə demişdir: "Isa peyğəmbərdən (ə) sonra yeni bir peyğəmbərin gələcəyini bilirdim, amma onun Ərəbistan yarımadasında deyil, Şam ərazisindən (indiki Suriya, Livan) olacağını güman edirdim." (Məcmueyi- məqalat, səh.547)

Fikirlərinizi bildirməyi unutmayın !!!

Категория: İSlam | Просмотров: 1211 | Добавил: DaMLa | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
ilkin yazdıki >> 12 sagol 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.62.83
Tarix: 06.06.2011 ,18:04.

0  
 
nergiz yazdıki >> MARAQLIDI SAGOL 
__________
İstifadəçiəçi Adı:PRETTY_GIRL
İP:82.118.136.96
Tarix: 01.05.2009 ,18:16.

0  
 
Resad yazdıki >> Tşk.. Maraqli idi.... Oxumasam da ürəyimə damdi... sirtiq 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.4.149
Tarix: 30.04.2009 ,20:09.

+1  
 
fatinka yazdıki >> Maraqlidir oxudum SUPER 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.139.72
Tarix: 30.04.2009 ,19:37.

-1  
 
ayka yazdıki >> bele maraqli xebere gore choxlu choxlu sagol 
__________
İstifadəçiəçi Adı:Ayka
İP:212.38.118.109
Tarix: 30.04.2009 ,18:57.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024