Ayaqqabıları köhnəlmiş bir insan yol ilə gedirdi. Birdən o, yanından keçən bir zənginin ayaqqabılarına baxır... Çox gözəl tikilişli, yeni... Onun parıltılı ayaqqabılarını görən bu adam öz-özünə dedi : -Bizimki də həyat sayılırmış... Ayağımızda salamat bir ayaqqabı belə yoxdur. Öz-özünə deyinə-deyinə yoluna davam edir ki birdən yolda şikəst birisinə rast gəlir. O adamın iki ayaqları da yox idi, yerə balaca xalça salıb pul dilənirdi. Ayaqları diz qapağından kəsilmişdi. Böyük bir sarsıntı keçirəndən sonra adam birdən olanlardan agah olub dedi : -Tövbə, tövbə... Halıma həmd edirəm ya Rəbbim. Mənim bu sağlam iki ayağımı əlimdən alma. Köhnə ayaqqabılarıma isə çoooxdan razıyam. Bunu deyib sevinclə yoluna davam etdi.
İnsan hər halına şükr etməyi bacarmalıdır. |