Bu sənəd ilə rəsmi olaraq yetkinlikdən istefa verdiyimi bildirirəm. An etibarilə təkrar yeddi yaşın bütün məsuliyyətlərini qəbul etməyə hazıram.
Yağış sonrası palçıqlı sularda taxta parçası üzdürmək, qayalarda yerimək istəyirəm…
Şokoladın puldan daha yaxşı olduğunu, çünki daha şirin və yenyilə bilən olduğunu düşünmək istəyirəm…
İsti bir yaz günündə bir palıd ağacının kölgəsində yoldaşlarla limonat satmaq istəyirəm.
Həyatın daha sadə olduğu zamana dönmək istəyirəm. Bütün bildiyin, rənglər, vurma cədvəli və laylalar amma bu qədər az bilmək səni narahat etmir çünki nə bilmədiyini bilmirsən və vecinə də deyil.
Bildiyin tək şey xoşbəxt olmaq, çünki səni üzəcək və ya hirsləndirəcək şeylərdən tamamilə bixəbərsən.
Dünyanın ədalətli olduğunu, hər kəsin yaxşı və dürüst olduğunu düşünmək istəyirəm. Hər şeyin mümkün olduğuna inanmaq istəyirəm. Həyatın kompleksliyini unudub, yenidən kiçik şeylərdən çox həyəcanlanmaq, zövq almaq istəyirəm.
Təkrar sadə yaşamaq istəyirəm.
Günümün, kompüter qəzaları, kağız yığınları, kədərli xəbərlər, bankda pul olmadan ay sonunu gətirmə qayğıları, həkim fakturaları, dedi-qodu, xəstəlik və sevdiklərin itirilməsindən ibarət olmasını istəmirəm. Gülümsəmənin, qucaqlaşmanın, doğruluğun, ədalətin, barışın, şirin bir sözün, xəyalların və qar adam etmənin gücünə inanmaq istəyirəm…
Hesab dəftərim, avtomobilin açarı, kredit kartı ekstrem, gəlir sənədlərim. Rəsmi olaraq yetkinlikdən istefa verirəm.
Bəs siz uşaqlıq illərinə qayıtmaq istərdinizmi?
Fikirlərinizi bildirməyi unutmayın !!! |