1.Qız yükü duz yükü. 2.Qız ağacı,qoz ağacı,hər gələn bir daş atar. 3.Qız qaldıqca qızıl olar,yox xəbəri oğlanların. 4.Qız qızıl alma qızı gözdən salma 5.Qızını döyməyən dizini döyər. 6.Anası tərifləyən qızın qiyməti olmaz. 7.Qızı özbaşına buraxsan ya halvaçı tapa,ya zurnaçı. 8.Anasına bax qızını al. 9.Atasına oxşayan qız xoşbəxt olar. 10.Anası gəzən ağacı qızı budaq-budaq gəzər. 11.Qeyrətsiz oğuldansa kor qızım olsa yaxşıdır. 12.Qızı kimə ərə verərsən udarsan. 13.Qız qapısı,şah qapısı. 14.Qızım sənə deyirəm,gəlinim sən eşit. 15.Qonşu qonşu olsa kor qız ərə gedər. Bəs siz qızlar haqqında hansı atalar sözləri bilirsiniz?