1
İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də
BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq
Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər
səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq
müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların
Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində
olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.