Azadlıq
Heykəli (rəsmən Dünyanı İşıqlandıran Azadlıq) 1886 ildə Birləşmiş
Ştatlara Fransa tərəfindən bəxş edilmişdir, tuncdandır. Heykəltəraş -
F. Bartoldi, memar - R. M. Xant. Nyu-York Limanının Liberti adasında
yerləşir. YUNESKO-nun Ümumdünya İrsi siyahısındadır. Heykəlin
hündrürlüyü (pyedestalsız) 46 metrdir. Heykəl azadlığı simvollaşdıran
və məşəli tutan qadını təsvir edir. Onun sol əlində ABŞ-ın
İstiqlaliyyət Bəyannaməsidir. Pyedestalında şairə Emma Lazarusun "Yeni
nəhəng" sonetindən bir neçə sətir vurulmuşdur. 1924 il oktyabrın 15-də
heykəl milli abidə elan edilmişdir.
Heykəl küləyədavamlıdır. Nyu-York sakinləri onu bəzən Miss Liberti adlandırırlar.
Heykəlin
yuxarı (tac) hissəsi 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra
turistlər üçün bağlanmışdır. Lakin son günlərdə bu hissənin yenidən
turistlər üçün açıq elan olunacağı bildirilib.
|