1. Tanrım məni payızın elə bir günündə öldür ki, sevgilim qəbrimin üstünə gətirməyə gül tapmasın.
2. Güllər söyləsin sənə olan sevgimi. Güllər söyləsin yalnızlığımı, çarəsizliyimi, yavaş-yavaş əriyən ürəyimi güllər söyləsin. Mən söyləyə bilmədim, güllər söyləsin.
3. Buruq həsrət dolu gecələri öldürəcəyəm bir gün, bu ayrılıq mahnılarını gülləyə düzəcəyəm, səni məndən ayırdığı üçün taleyimi məhkəməyə verəcəyəm.
4. Bir köhnə dost kimi xatırla məni. Bir salam ver yetər. Unutmuş olsan da köhnə günləri adımı ara-sıra çək bu an mənə yetər.
5. An gəlir insan gülərkən ağlarmış. Göz yaşları sel olub qəlbinə axarmı.Qəhqəhə deyilən bir maska var bilirsən? İnsan sevdiyindən ayrılarkən o maskanı taxarmış.
6. Bir ömür boyu səninləyəm desən belə istəmərəm... Çünki sən küləyin əsdiyi bir toz buludusan. Bu gün mənə əsərsən, sabah ellərə.
7. Sevgimiz su üzərinə yazılan bir nağıl idi, göz qırpımı qısalığında, kəpənəyin ömrü uzunluğunda idi. Qəlbimizdə bir ömür boyu çəkəcəyimiz iz buraxdı.
8. Adını qəlbimə sevgi ilə yazmışdım, fikir vermə bir gün silərəm, gözəl bir yuxunu gerçək sanmışdım, səni sevdiyim üçün üzr istəyirəm.
9. Yenə axşam olur, yenə qəlbim yanır, sənsiz bahar gəlmir, sevgilim sən olmayınca bağçamda güllər açmır.
10. Xəritəyə baxıram evin yox. Sözlərə baxıram adın yox. Sənə baxıram özümü görürəm, çünki məndən başqa yerin yox.
11. Hər dəniz bir dalğa, hər röya bir yuxu, hər məzar bir ölü, hər ağac bir kök tapar. Mən başqa bir sən tapa bilmərəm.
12. Sənə getmə deyə bilmədim; Gözlərim gözlərində qaldı; Susuz açarmı heç çiçək; Su səndə, çiçək məndə qaldı.
13. Oxşayıb saçını səni sevmədən, bir gün olsun xoşbəxtliyə yetmədən, köçərsəm dünyadan səni son bir dəfə görmədən çiçək qoyma. Məzarıma gəl yetər, dua etmə başım üstündə dur bu mənə yetər.
14. Sən heç həsrəti daddınmı sevərkən, heç ağladınmı gülərkən, sən heç sevdinmi sevilməzkən və heç ayrılmaq istədinmi canından çox sevərkən. 15. Bir gecə yarısı titrəyərək oyansan bil ki, şəklini öpdüyüm gündür, bir gün səbəbsiz yaşlar süzülərsə o gözəl gözlərindən bil ki yoxluğundan öldüyüm gündür.
16. Ağılsız adam xoşbəxtliyi uzaqlarda, ağıllı insan isə onu ayaqlarının altında axtarar. Səninlə ölmək var ikən; Sənsiz qalmaq, yaşayarkən ölmək deməkdir. 17. Nədir bu adsız duyğular, sevgilim otağımda yağmur qoxusu var, qovuşmaq üçün tək bir söz belə yox, ayrılıq üçün bütün mahnılar var.
18. Nə andlar pozdum gecələr böyüyərkən sənsiz, nə andlar pozdum illər keçərkən dərdsiz, nə andlar pozdum açıqlanması belə imkansız. Sənin üçün ey gülüm. Amma sən anlamadın mən nə edim.
19. Bir gün sevgilim soruşdu "Sevgi" nədir deyə. Bir az zaman istədim düşünüm deyə. Ertəsi gün gördüm onu bir başqası ilə. Qulağına pıçıldadım "sevgi" səndən ayrılıqdır deyə.
20. Sevməmişdim heç kimi səni sevdiyim qədər, çəkmədim heç kimdən səndən çəkdiyim qədər. .
P.S ALLAH hec kese Ayriliq qismet etmesin |