Taleyin hökmüylə sən çox vuruşdun Bu ağır hökm ilə barışan mənəm Yandıranda mənəm, yaxanda mənəm Döyəndə vuranda yıxılanda mən.
Ayrıldıq bilmədən nəyçün nədən biz Ayrıldıq ayrılmaq istəmədən biz!!!
---------
Ayrılıq
Mən səni itirmək istəmirdim heç Bir gecə qapıma gəldi ayrılıq Dağ boyda məhəbbət sanki yıxıldı O dağı yerindən sildi ayrılıq
İnsanı incidir sevgi həsrəti Birdə çox incidir yarın nifrəti Qayıq tək təsəvvür et məhəbbəti O qayığı batıran göldü ayrılıq
Tanrıdan istədim hər gün imdadı Qəlbimdən silinmir bu eşqin adı Səninlə şirin idi həyatın dadı Səni mənə çoxmu bildi ayrılıq
Düşünmə bu sevgi heçdi hədərdi Ayrılıq kəlməsi sanki zəhərdi Ayrılıq həsrətdi, qəmdi, kədərdi Qəmini mənimlə böldü ayrılıq
Olmadım mən sənə olmadım düşmən Kor oldum gözümdə tək göründün sən Səni ilk görəndə düşündüm ki, mən Dirilməz bir daha oldu ayrılıq
---------
Ayrılıq anı
Dilim tutulur deyə bilmirəm Səninlə beləcə ayrılıram mən Bəlkə gözüm tutulur görə bilmirəm Səni qarşımda sevgilim mənim
De necə unudum qara gözləri? Artıq o gözləri görməyirəm mən Dilindən tutduğum şirin sözləri De necə unudum sevgilim mənim?
Deyirəm sözləri çətin olsa da, Deyəsən gözlərin yaşarıb sənin? Deyirəm gözlərim yaşla dolsa da Əlvida əlvida SEVGİLİM MƏNİM
Ayrılırıq. Hər zaman əmin ol buna Ömürlük girmisən mənim ruhuma Kəsərəm hər yandan yollarını bil Bizim qəlblərimiz ayrılan deyil...
---------
Ayrılıq çətindir
Biz ayrılan gündən ötsə də ay, il Bu mənə ölümdən olubdur baha Ayrılıq əbədi unutmaq deyil Sanma ki, mən səni sevmirəm daha.
Sənsiz günüm keçir hədər, havayı Ömür bağçasında xəzəllər ölüb Səni unutmaqçun səndən savayı Qəlbimdə hələ çox gözəllər ölüb.
Amma ki, olmayır bunun köməyi O sənli günləri unutmaq olmur Bir zaman eşqinlə vuran ürəyi Başqa bir ürəklə ovutmaq olmur
Odlu məhəbbətə, sevgiyə qıydıq Bizə sirdaş oldu qüssə, qəm, kədər. Qismət belə imiş. Ayrılmalıydıq Mən səni sevsəm də dünyalar qədər.
--------
Ayrılmaq yox deyə əminimiz var
Ayrılıq qapını döyür açma Biraz daha düşün zamanımız var Nə günlər yaşadıq bax səhifə-səhifə Səninlə yazılmış romanımız var
Könül qapısından tez uçma dur Salamsız vidasız bu cür qaçma dur Bilinməz yerlərə yelkən açma dur Səninlə xoşbəxtlik limanımız var
Bir anda yalana çevirmə düzü Dağılan bir sevginin dadı və duzu Xatırla Tanrıya verdiyin o sözü Ayrılmaq yox deyə əminimiz var
---------
Ayrılmaram
Okeanlar quruya dünyada bir birindən Dolan gözlər ayrıla mən səndən ayrılmaram Zirvələr sirkələnə dağlar qopa yerindən Dolan gözlər ayrıla mən səndən ayrılmaram
Çən layları görünsə eşqimin ulduzlarında Yollarım kölgələnsə ümmanların tozunda Soyuq təbəssümlərin. Baxışların tozunda Dolan gözlər ayrıla mən səndən ayrılmaram
Mənəm eşqin yolunda candan ömürdən keçən Bəxtimin fəzasına ən nurlu ulduz seçən Əhdinə ilqarına hərarətlə and içən Çox əzizlər ayrıla mən səndən ayrılmaram