Sevgi nağılı
Uzun illər öncə cavan olanda Tanıdığım bir qıza vuruldum yaman Bilirdim ki, canım, sevgilim idi Bilmirdim ki, nağıl imiş o zaman.
Sən demə bu sevgi bir nağıl imiş Mən özüm-özümü aldadırmışam Bu sevgi ağlımı yamanca almış Artıq bu sevgiylə lənətlənmişəm.
Bütün günü dalaşıb, biz barışırdıq Səhərlər küsürdük, axşam sevişirdik Heç kim mənə bu qədər dərd verməmişdi Heç kim ürəyimə tez girməmişdi.
Bilmirəm nə etdim, ayrıldıq birdən Soruşuram onu gələn-gedəndən Lakin bir gözəl gün mən tapsam onu Sonsuz və möhtəşəm olacaq sonu.
Sən demə bu sevgi bir nağıl imiş Mən özüm-özümü aldadırmışam Bu sevgi ağlımı yamanca almış Artıq bu sevgiylə lənətlənmişəm.
Sən demə nağılmış bütün sevgilər Çox ağır olsa da, bu həqiqətdir İnsanın ağlını başından alır Sevgi gör bizləri nə günə salır.
----------
Mən sevərəm ikimizin yerinə
Bu sevgidən sən qorxursan eybi yox, Mən sevərəm ikimizin yerinə Bu eşq üçün bir gün dara çəksələr Mən gedərəm ikimizin yerinə
Min əzabdır sənsiz keçən hər günüm, Unutmuşam yaxşı-yaman fərqini Bu sevginin dağ əridən dərdini, Mən çəkərəm ikimizin yerinə
Gül deyirəm, gül qəlbinə dəyirəm, Mən səninçün Tanrı yazan şeirəm, Dodaqların inciməsin deyirəm, Mən öpərəm ikimizin yerin
Min əzabdır sənsiz keçən hər günüm, Unutmuşam yaxşı-yaman fərqini Bu sevginin dağ əridən dərdini, Mən çəkərəm ikimizin yerinə
Taleyimdə son açılan gülümsən Süzüb qara gözlərin könlümsən Bu sevginin sonu əgər ölümsə, Mən ölərəm ikimizin yerinə
----------
Sənsən yaşadan bu ürəyi
Sən olmasan dağılar dünyam Mən həmişə sənin üçün vəfadaram Nə olar bu sevgiyə qatma haram Sənsən yaşadan bu ürəyi
Sevgi nədir ki, mənə qıymadın İndi o sevgidən heçnə qalmadı Bu sevgi mənim üçün artıq yalandı Sən idin yaşadan bu ürəyi
----------
Tanrım qurtar məni bu eşqdən
İlk göz ağrım, Sən canım idin...
Tanrım hardan sevdim Hardan düşdüm bu bəlaya Yandım üsyan etdim qurban oldum bu sevdaya Vurdum könlümü həsrətin ən uzaq yoluna... Səndən qopmazsa ürəyimə yazıqlar olsun
Allahım eşit məni Yetər qurtar məni Anladım hər şey yalan Gözünü qırpmadan bitirdi eşq məni Dayan ürəyim dayan!
Bu qədər asanmı sevdim səni Bu qədər asanmı alışdım sənə Mən səni ölümünə sevərkən Bu qədər asanmı bitirdin məni Gözünü qırpmadan öldürdün məni Səndən qopmazsa ürəyimə yazıqlar olsun
Tanrım haradan sevdim Haradan düşdüm bu bəlaya Yandım üsyan etdim qurban oldum bu sevdaya Vurdum könülümü həsrətin ən uzaq yoluna... Səndən qopmazsa ürəyimə yazıqlar olsun.
----------
Səni yad əllərə verən deyiləm
Mübariz olmuşam səni sevəndən, Səndən özgəsini sevən deyiləm. Sən yalnız mənimsən bir ömür qədər, Səni yad əllərə verən deyiləm.
Sənə hər dəqiqə zəng edəcəyəm, Harda olduğunu öyrənəcəyəm. Səni əvvəlkindən çox sevəcəyəm, Səni yad əllərə verən deyiləm.
Qoymaram bir özgə göz baxsın sənə, Onlar dəyməz eşqin bir zərrəsinə. Hər zaman sadiq ol eşqinə, mənə, Səni yad əllərə verən deyiləm.
Eşqindən əriyib, dönsəm də selə, Həsrətdən can verib, ölsəm də belə. Bir şəmtək əriyib, sönsəm də belə, Səni yad əllərə verən deyiləm.
Qurduğum xəyallar gerçək olacaq, Günəş üstümüzə şəfəq saçacaq. Hicranın yoluna son qoyulacaq, Səni yad əllərə verən deyiləm.
Ananı özümə anam biləcəm, İnan ki, atanı lap çox sevəcəm. Sizinlə sevinib, sizlə güləcəm, Səni yad əllərə verən deyiləm.
Bilirəm, anan da məni sevəcək, O gündən özünə qızı biləcək. Pərvanə dediyin bil ki, edəcək, Səni yad əllərə verən deyiləm
----------
Məhəbbət
Məhəbbət ömrün hər bir anında Onunla yaşamış ürək qanında İnsana gətirmiş sevinc və kədər Ayrılıq dönüklük istiyən qədər
Məhəbbət vətənə ata anaya Nadinc uşaqlara körpə balaya Yaxın qohumlara doğma qardaşa Həqiqi səmimi dosta sirdaşa
Məhəbbət daimi ülvi sevgiyə Hər bir ailədə möhkəm birliyə Yaşıl meşələrə dağ yaylaqlara Suları şəfalı buz bulaqlara
Məhəbbət zəhmətkeş hər bir insana Fəhləyə kəndliyə təmiz vicdana Alimə təbibə elmi qanana Memara bənnaya daim qurana
Məhəbbət şairə səmimi sözə Oxuyan bülbülə hər gülən gözə Səhərlər açılan təzə tər gülə Könlümü oxşuyan şirin bir dilə Məhəbbət insanın çətin günündə Ona dayaq olmuş toy düyünündü İnsanın həyatı bir əfsanədir Məhəbbət siz ömür bir viranədir
----------
Sevərəm səni
Göydə yağış olub yağsan qəlbimə, Parlaq günəş olub saçsan qəlbimə, Sərin bulaq olun axsan qəlbimə, Qəlbimin aynası bilərəm səni, Əvvəlki tək istər, sevərəm səni.
Donub gəlsən, yenə sevsən nə olar? Ulduzum, ayımsan desən nə olar? Ürəyini bölüb versən nə olar? Yalvarıb tanrıdan dilərəm səni, Əvvəlki tək istər, sevərəm səni.
Ümüd verib mənə, dönəcəm desən , Gələndə gözündən öpəcəm desən, Səni ömrüm boyu sevəcəm desən, Həmişə yanımda bilərəm səni, Əvvəlki tək istər, sevərəm səni.
İçimi yandırıb, baxsan gözümü, Dərdindən ölürəm, desən üzümə. Dözərəm verdiyin əzaba, zülmə, Ömrümün mənası bilərəm səni, Əvvəlki tək istər, sevərəm səni.
Aylı bir gecədə tutsan elimi, Odlu atəş kimi yaxsan içimi, Vuran ürəyimin duysan səsini, Qəlbimin aynası bilərəm səni Əvvəlki tək istər, sevərəm səni.
----------
Ağlama ürəyim
Bilməzdin əzablar çəkəcəksən sən, Bilməzdin dirilib öləcəksən sən. Ağlamaqdan Vallah tükənəcəysən, Ağlama ürəyim ağlama daha.
Qoyma düşmənlərin baxıb gülsünlər, Qoyma dərt sərini onlar bilsinlər. İzin ver göz yaşın dostlar silsinlər, Ağlama ürəyim ağlama daha.
----------
Əbədi məhəbbət yaşayacaqmı?
Əlinlə söndürdün, eşqin odunu, Quru nəfəsimlə alışacaqmı? Bir sevgi dəfn etdin, ürəyimdə sən Ürəyim səninlə barışacaqmı?
Yaxşı ki, xəyalın qanadlı imiş, Eşqin səmasında hərdən süzürəm. Səndən küsüb gedən, könül qatarı Bir daha geriyə qayıdacaqmı?
Nə ağır oynadı taleh oyunu, Çox ağır yük altda əydi boynumu. Bir sual cavabsız qaldı dünyada, Əbədi məhəbbət yaşayacaqmı?...
---------
Qəzəl
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı, Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?
Ona mən göz yetirib xəlvəti baxdım, baxdım, Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahat olub bir yatdıq, Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.
Dedi: - Getmək dəmidir, söylə, nə istərsən yar? Bir öpüş istədim ondan... yeri var, gəlmiş idi.
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni, Odlara yandı dilim, sanki şərar gəlmiş idi.
Ey Nizami! - dedi - birdən ayılıb, gördüm o yox, Demə röyada bizə çeşmi-xumar gəlmiş idi. |