Elmin Marsda həyat axtarışı hələki heç bir nəticə verməsə də, alimlərin gəldiyi qərara görə, bizim galaktikamızın (Süd Yolu) təxminən 40000-ə yaxın planetində həyat üçün əlverişli şərait ola bilər. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, galaktikamızın 37964 planetində yaşam üçün bu şərait vardır. Astrofizik Duncan Forgan özünün yaratdığı kompüter modelində, indiyədək öyrənilən 330 planeti müqayisə edərək, ən çox hansı planetlərin yaşayış üçün daha əlverişli olduğunu izah etməyə çalışıb. Həyatın yaranması üçün əsas sayılan bir neçə göstəricilərini (temperatur, suyun olub-olmaması, minerallar və s.) hesablayaraq, bu planetlərdə həyatın yaranışının 3 versiyasını (ssenarisini) irəli sürüb.
1. Təxminən 361 planet həyatın yaranmasının ən çətin mərlələrini keçib. Bu planetlərdə artıq həyat elementləri geniş yayılmışdır. 2. Ehtimal olunur ki, 31513 planetdə həyat təzə-təzə yaranır. Amma təkamül bu planetlərdə çox sürətlə gedir. 3. Ehtimal olunur ki, bəzi planetlərə həyat asteroidlər tərəfindən başqa planetlərdən “göndərilə” bilər. Astrobiologiya jurnalının (Journal of Astrobiology) verdiyi xəbərə görə, belə planetlərin sayı təxminən 38000-ə bərabərdir. Bu cür planetlərdə həyat əlmətlərini mikroskop altında görünən bilən amöb qədər sadə yox, hətta insan səviyyəsinə çata biləcək intellektual sivilizasiyanın olması da güman edilir. Bu fikirə çox inanan Mr. Forganın dediklərinə görə: “Bizim uzaq qonşularımızla əlaqə yaratamaq üçün 300-400 il vaxt tələb olunacaq. Mən güman edirəm ki, məhz bu 361 planetdə intellektual sivilizasiyanın olmaq ehtimalı daha çoxdur. Biz bunların üstündən xətt çəkə bilmərik. Bu planetlərin əksəriyyətinin isə Yerdən daha qədim olması, hətta ordakı özgə sivilizasiyaların insanlardan daha çox inkişaf etmiş biriləri olmasına dəlalət gətirir”. |