1.Hər cür imkan daxilində insanlara dayaq olun, hətta ən uğursuz işlərində
belə onları əzizləyin...
2. Həmişə insanlara öz üzlərini saxlamaq üçün şərait yaradin, heç
vaxt insanları lağa qoyub, alçaltmayin, başqalarının səhvlərinə əhəmiyyət verməyin....
3. İnsanlar haqda yalnız yaxşılıqları danışın, hətta onda yaxşılıq
tapa bilməsəz belə, susun...
4. İnsanları diqqətlə izləməyi öyrənin, bu zaman onları əzizləmə səbəbini
özünüzdə müəyyən edəcəksiz və özünüzdən utanmamış olacaqsınız...
5. Həmişə insanların müsbət keyfiyyətlərinə doğru yönəlin. Hər bir
insana xoş olar, əgər ətrafdakılar onu düzgün və haqlı insan hesab edərsə. Əgər
istəyirsinizsə insan yaxşı tərəfə dəyişsin, o zaman onunla elə rəftar edin ki,
sanki o artiq bu keyfiyyətə sahibdir. Bu zaman o, sizi təəssüfləndirməmək üçün
bütün qüvvəsini sərf etmiş olacaq...
6. İnsanların öz yerlərini duyması və bilməsi üçün imkan yaradın..
7. Əgər səhv etmisinizsə üzr istəyin-bu hərəkət yalnız sizi ucaltmış
olacaq.
8. Əmr etmək əvəzinə təkliflərinizi irəli sürün. Bu zaman siz daha
hörmətli olmuş olacaqsiniz.
9. Ətrafdakı insanların qiciqlanmasina normal, anlamlı olaraq
yanaşın. Çünki bu hərəkət daha çox diqqət və kömək lazım olduğunun göstəricisidir.
10. İdeyanin həmin insana məxsus olduğuna onu məcbur edin. Əgər ideya
mükəmməldirsə kimin ilk söylədiyi önəmli deyil. Çünki hər bir insan inanmaq istəyir
ki, o öz dərrakəsinə görə düzgün hərəkət edir.
11. Başqaları hətta haqsız danışarkən belə onun sözünü kəsməyin,
çünki onlar sözlərini sona çatdirmamış sizi dinləməyəcəklər.
12. Hər bir şeyi başqa insanin baxışından dəyərləndirməyə çalışın.
Onun hərəkətini necə başa düşmək olar?- deyə həmişə analiz edin. Hər şeyi başa
düşmək hər şeyi bağışlamaq deməkdir...
13. Tez-tez hədiyyə bağışlayın, bunun üçün səbəb olmasa belə. Hədiyyəniz
nə qədər çox olarsa, qarşınızdaki insan sizin üçün önəm kəsb etdiyini bir o qədər
çox düşünmüş olar.
14. Əgər sizinlə razılaşmırlarsa, öz emosiyalarınızı saxlamağı
bacarın. Sadəcə dinləyin və dinləyərək sizin fikrinizlə tutuşduğu anları
tutmağa çalışın. Sonda yalniz ona təşəkkür edin.
15. İnsanlarla maraqlanın! Onlardan maraq çəkmək əvəzinə onlara maraq
göstərin...
16. Gülümsəyin! Heç kəsin sizin gülüşünüzə ehtiyacı yoxdur, yalnız həmin
anda sizin yaninizda olan və heç gülümsəmək istəməyən insandan başqa...
17. İnsanlara bütöv adını söyləyərək müraciət edin, bu hörmətin göstəricisidir.
18. Çalışın ki, insanla ünsiyyətdən sonra sizdəki əhval-ruhiyyə daha
da yaxşılaşmış olsun....
19. Bağışlamağı öyrənin! Kinli
olmayin...
20. Ətrafınızdakı insanlara komplimentlər söyləməkdən çəkinməyin...
Söylənilən
fikirlərdən hansina əməl edirsiz?
Sizcə yuxarıda
sadalanan 20 keyfiyyətə sahib olmaq mümkündür?
|