Təcrübə əsasında sübuta yetmişdir ki, bəhs, elmi müzakirə və sual cavabın vaxtı sübhdür.
dərs əzbərləməyin vaxtı isə səhərdir. səhər günəş cıxmazdan qabaqkı və
günəş çıxdıqdan bir az sonrakı vaxta deyilir. Əlbəttə, səhərin əsl
vaxtı sübh namazından qabaqdır. Səhərin fəziləti haqda bir çox hədislər
gəlmiş və ayələr təfsir edilmişdir. Lakin, sübh azanı ilə günəş çıxan
müddətə qədər olan zaman haqqında da çoxlu hədislər gəlmiş və bir
əıvayətdə deyilmişdir ki, bu zaman ruzilərin paylanan vaxtıdır.
Yazmaq üçün ən münasib vaxt günorta vaxtlarıdır.
Dərsləri təkrarlamaq üçün münasib vaxt olan gündüz və axşam çağıdır.
bunların hamısı tox yox, ac vaxtda olmalıdır. rəvayətlərdə gəlmişdir
ki, çox yemək yemək ibadətə və sağlamlığa zərər yetirir.Bbir hədisdə
deyilir ki, Allaha ən uzaq kəs qarnını doldurmuş şəxsdir. çox yemək
yemək bədənə zərər yetirib xəstəlik gətiri və ibadətin qarşısını alır.
Həzrəti Əli (ə) dan rəvayətdir ki, çox yemək yeməkdən qorunun, kim çox
yeməyə adət edibsə onun xəstəlikləri çoxalar və mənasız yuxular görər.
Bunu da qeyd edək ki, günəş batan zaman mütaliə etmək gözün zəifləməsinə səbəb olur və elə buna görə də məkruh edilmişdir.
mütaliə edərkən boş yer seçin. belə ki, heç bir şey sizin diqqətinizi özünə cəlb edə bilməssin.
Ən əsası isə mütaliə edərkən hər bir işin başlanğıcında deyildiyi kimi "BİSMİLLAHİR - RƏHMANİR - RƏHİM" deyin. bunun sayəsində iş mübarək və bərəkətli olur.